Cüdoçumuz dünya çempionatında finala yüksəlib
13:23 26.09.2018
Arxiv
1162
Azərbaycan cüdoçusu Uşangi Kokauri Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.
"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan 26 yaşlı idmançı yarımfinalda özbəkistanlı Bekmurod Oltiboyevi məğlub edib. Kokauri 25-ci saniyədə ipponla qalib gəlib və gümüş medalı təmin edib. O, finalda gürcüstanlı Quram Tuşişvili ilə qarşılaşacaq.
Qeyd edək ki, bunadək Bakıda keçirilən dünya çempionatında Azərbaycan cüdoçularından yalnız biri – Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.
***16:24. Azərbaycanın ən ağır çəkili qadın cüdoçusu dünya çempionatında çıxışını başa vurub.
Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
"Report” xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı bürünc medal qazanmaq üçün ilk təsəlliverici döyüşdə türkiyəli Kayra Sayıta uduzub. O, əlavə vaxtın 23-cü saniyəsində ipponla məğlub olub.
Qeyd edək ki, Azərbaycan cüdoçusu Uşangi Kokauri (+100) yarımfinalda özbəkistanlı Bekmurod Oltiboyevlə qarşılaşacaq.
***12:02. Azərbaycanın ən ağır çəkili cüdoçularından biri dünya çempionatında yarımfinala yüksəlib
Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Bakıda keçirilən dünya çempionatında yarımfinala yüksələ bilməyib.
"Report”un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan 27 yaşlı idmançı 1/4 finalda bosniya və herseqovinalı Larisa Çeriçə 1 dəqiqə 22 saniyəyə ipponla məğlub olub. Azərbaycanlı cüdoçu bürünc medal qazanmaq üçün təsəlliverici döyüşlərdə iştirak edəcək. Bu mərhələdə Kindzerskanın ilk rəqibi türkiyəli Kayra Sayıt olacaq.
*** 11:51
Azərbaycan cüdoçusu Uşangi Kokauri Bakıda keçirilən dünya çempionatında yarımfinal yüksəlib.
"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan 26 yaşlı idmançı 1/4 finalda çexiyalı olimpiya çempionu Lukas Krpaleki məğlub edib. Kokauri yarımfinalda özbəkistanlı Bekmurod Oltiboyevlə qarşılaşacaq.
*** 11:47
Azərbaycan ağır çəkili cüdoçuları Bakıda keçirilən dünya çempionatında 1/4 final yüksəliblər.
"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan Uşangi Kokauri 1/8 finalda ukraynalı Aleksandr Qordiyenkoya qalib gəlib. O, 2 dəqiqə 9 saniyəyə ipponla qələbə qazanıb. 26 yaşlı idmançı 1/4 finalda çexiyalı Lukas Krpaleklə qarşılaşacaq.
78 kq-dan yuxarı çəkidə çıxış edən İrina Kindzerska isə 1/8 finalda puerto-rikolu Melissa Moxikadan güclü olub. O, 1/4 final mərhələsində rəqibi bosniyalı Larisa Çeriçlə üz-üzə gələcək.
*** 11:06
Azərbaycan cüdoçusu Uşangi Kokauri Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsindəki 26 yaşlı idmançı 1/16 finala təsadüf edən ilk görüşündə belaruslu Vladislav Terpitskiyə 1 dəqiqə 2 saniyəyə ipponla qalib gəlib. Onun növbəti mərhələdəki rəqibi ukraynalı Aleksandr Qordiyenko olacaq.
*** 10:57
Azərbaycan cüdoçusu İrina Kindzerska Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
"Report"un məlumatına görə, 78 kq-dan yuxarı çəki dərəcəsindəki 27 yaşlı idmançı 1/16 finala təsadüf edən ilk görüşündə litvalı Sandra Yablonskiteyə 2 dəqiqə 28 saniyəyə ipponla qalib gəlib. Onun 1/8 finalda rəqibi puerto-rikolu Melissa Moxika olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm