“Cümhuriyyət – 100” dərgisinin təqdimatı mərasimi baş tutacaq - SABAH




Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin Cümhuriyyətin 100 illiyinə həsr etdiyi "Cümhuriyyət – 100” dərgisi işıq üzü görüb. 

"Sherg.az"ın xəbərinə görə, dərgidə yer alan bütün məqalələr Cümhuriyyət və onun qurucularına həsr olunub. Yazılar arasında Cümhuriyyətin apardığı islahatlardan tutmuş işğal və onun nəticələrinə qədər müxtəlif mövzular yer alıb. 

25 may 2018-ci il tarixdə, saat 11-də (Cümə - 25 may) Qərbi Kaspi Universitetinin 2-ci mərtəbəsindəki konfrans zalında "Cümhuriyyət – 100” dərgisinin təqdimat mərasimi baş tutacaq. Dərgidə yazıları olan bütün müəlliflər, tələbələr və jurnalist tədbirə dəvətlidirlər.