Dağıstanda genişmiqyaslı əməliyyatlar aparılır
08:49 01.03.2018
Arxiv
988
Qabil Hüseynli: “Terrorçular Çeçenistanı özlərinə məkan seçmişdilər, indiki məkanları isə Dağıstandır”
Rusiya Federal Təhlükəsizlik Xidməti Dağıstanda narkobaronların evində genişmiqyaslı axtarışlara başlayıb. "İnterfaks” agentliyinin məlumatına görə, axtarışlar azərbaycanlıların kompakt yaşadığı Dərbənddə aparılıb. Axtarışda FTX-nin 200 əməkdaşı iştirak edib və evləri bir-bir yoxlayıblar. Dağıstanda genişmiqyaslı yoxlamalar bu ilin əvvəlində aparılıb. Yoxlamalar nəticəsində 70 cinayət işi açılıb və bir sıra yüksək vəzifəli şəxs, o cümlədən baş nazir həbs edilib.
Şimal qonşumuzdakı proseslərlə bağlı "Şərq”ə danışan politoloq Qabil Hüseynli deyib ki, Dərbənddə aparılan əməliyyatların birinci səbəbi korrupsiya ilə bağlıdır. Ekspertin sözlərinə görə, son illər Dağıstanda rüşvət pik həddə çatıb:
"Korrupsiyanın yayılması terrorçuluğun ortaya çıxmasına şərait yaradır. Terrorçular külli miqdarda pul verərək istənilən dövlət məmurlarını ələ alırlar. Dağıstanda terrorçuların sərbəst hərəkət etməsi məhz korrupsiyanın geniş yayılmasından irəli gəlir. Dağıstan çoxmillətli respublikadır. Burada avarlar, ləzgilər və çeçenlər çoxsaylı xalqlar sayılır. Uzun müddətdir, Dağıstanda avarlarla ləzgilər arasında hakimiyyəti ələ keçirmək uğrunda mübarizə gedir.
Respublikanın bundan əvvəlki prezidenti milliyətcə avar idi. İddialara görə, avar prezident bütün vəzifələrə öz millətindən olanları gətirib və digər xalqları sıxışdırıb. Əslində bu iddialar doğru idi. Vaxtı ilə Azərbaycanda baş nazirin birinci müavini işləmiş Abbas Abbasovun Dağıstanda böyük tikinti biznesləri, obyektləri və mülkləri var idi. Rusiya baş verənlərdən xəbər tutan kimi Dağıstan rəhbərliyini dəyişdirdi. Yarı azərbaycanlı, yarı qazax olan yeni prezident ciddi təmizləmə işlərinə başladı. Hökumətin yüksək vəzifəli şəxsləri ya həbs edildilər, ya da işdən çıxarıldılar. Rüşvət və korrupsiyaya qarşı mübarizə aparmaq məqsədi ilə orta məmur təbəqəsinin içərisində də həbslər aparıldı”.
Analitik bildirib ki, Rusiyanın bu ərazilərdə ciddi təmizləmə əməliyyatının ikinci səbəbi isə terrorla bağlıdır:
"Əvvəllər Rusiyanı təhdid edən terrorçular Çeçenistanı özlərinə məkan seçmişdilər, indiki məkanları isə Dağıstandır. Onlar korrupsiya və narkobiznesin hesabına istənilən vəzifəli şəxsi pulla ələ alır və öz niyyətlərini həyata keçirirdilər. Qeyri-formal silahlı dəstələr respublikanın bütün regionlarına yayılmışdı. Quldur dəstələri yolları kəsir, insanları soyur, cinayətlər törədirdilər. Ən ciddi işləri isə müxtəlif yollarla Rusiyaya narkotik maddələrin gətirilməsi idi. Narkotikadan gələn pullar hesabına silahlı dəstələrin üzvləri artırılırdı.
Dağıstanda hökumət qurumlarına paralel strukturlar yaradılmışdı. Onlar biznesmenlərdən xərac toplayırdılar. Yəni ölkədə tam özbaşınalıq, hakimiyyət boşluğu, anarxiya hökm sürürdü. Son günlər həbs edilənlər arasında İŞİD-in tərkibində vuruşmuş adamlar da var. Məhz buna görə Rusiya hökuməti Şimali və Cənubi Qafqazdan həddindən artıq ehtiyatlanır. Məğlub edilmiş İŞİD-çilər iki ölkəni hədəf götürüblər ki, onlardan birincisi Rusiyadır. Terrorçular "quduz canavarlar” adlı dəstələr düzəldərək Moskvadan qisas almağa çalışırlar. Təhlükənin fərqində olan Rusiya cənub sərhədlərini möhkəmləndirir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət