“Dağlıq Qarabağ münaqişəsi Rusiyanın Azərbaycan üçün yaratdığı bir problemdir” – ŞƏRH
10:48 14.05.2019
Arxiv
971
Ermənipərəst rusiyalı politoloq Stanislav Tarasov "168 Jam”a açıqlamasında Dağlıq Qarabağ münaqişəsindən danışıb. Danışıqların dalana dirəndiyini və yeni təkliflərin olmadığını söyləyən Tarasov iddia edib ki, əgər Bakı və İrəvan regionda geosiyasi dəyişiklik formatında təhdid hiss etsələr, situasiya yerindən tərpənəcək: "Belə ehtimal isə İrandan yarana bilər. Amerikalılar İran ətrafında həlqəni sıxırlar və buradakı daxili silkələnmələr regionda da hiss oluna, tərəfləri güzəştə məcbur edə bilər”.
Məsələni "Sherg.az”a dəyərləndirən politoloq Elçin Xalidbəyli bildirib ki, Dağlıq Qarabağ münaqişəsi böyük dövlətlərin, xüsusilə də Rusiyanın məqsədli şəkildə Azərbaycan üçün yaratdığı bir problemdir.
Ekspertin sözlərinə görə, bu problemin birdəfəlik həlli üçün həmin böyük dövlətlərin, o cümlədən də Rusiyanın nizamlanma prosesinə ədalətli yanaşması vacib şərtdir: "Əks halda bu münaqişənin həlli o qədər də asan məsələ təsiri bağışlamır.
Bu baxımdan, ABŞ-ın İran ətrafında həlqəni daraltmasının və yaxud hətta bu ölkəyə hərbi müdaxilə etməsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına birbaşa təsir göstərəcəyi o qədər də inandırıcı görünmür. Əlbəttə, ABŞ İrana qarşı radikal hərbi davranışlarını davam etdirərsə, bu, regionda situsiyanın ciddi şəkildə dəyişməsinə yol aça bilər.
Hətta hadisələrin inkişaf istiqamətlərindən asılı olaraq, Cənubi Qafqaz regionunda humanitar böhranın yaranması da mümkündür. Ancaq ABŞ-ın İranla hərbi qarşıdurması yalnız Cənubi Qafqaz regionu üçün deyil, ümumiyyətlə, bütün dünya üçün böhranlı situasiya yarada bilər. Çünki bu proses dünyada qüvvələr nisbətinin dəyişdirilməsinə, hətta dünyanın yenidən dizayn edilməsinə yönəlik cəhd təsiri bağışlayır”.
Analitik vurğulayıb ki, İrana hərbi müdaxilə edilərsə, bu, Ağ Evin ABŞ-a qarşı olan dövlətlərdən daha birinin sıradan çıxarılmasına qərar verməsi anlamına gələcək:
"Bu halda, İran ərazisində və ətrafında yeni xaos məkanı yarana bilər. ABŞ həm Cənubi Qafqaz, həm də Xəzəryanı regionda həlledici söz sahibinə çevrilmək şansı qazanar. Bu isə Cənubi Qafqaz dövlətlərindən daha çox Rusiya üçün böyük təhlükədir. Ancaq bu versiyanın reallaşma ehtimalı o qədər də yüksək deyil. Belə ki, İran ABŞ-ın indiyə qədər xaos məkanına çevirdiyi Yaxın Şərq dövlətlərinə bənzəmir. Həmin dövlətlərdən fərqli olaraq, İranda yüzilliklərə dayanan dövlətçilik ənənələri mövcuddur.
Belə dövlətə qarşı savaş təhdidləri ilə danışmaq asan məsələ deyil. Ona görə də, situasiya nə qədər gərginləşdirilsə də, Ağ Evin İrana hərbi müdaxiləyə qərar verəcəyi inandırıcı görünmür. Bütün bunları nəzərə aldıqda, İran ətrafında cərəyan edən proseslərin Dağlıq Qarabağ münaqişəsinin həllinə birbaşa təsir göstərəcəyinə inanmaq sadəlövhlük olardı”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu həftədən ov mövsümü başlayır
13:15 07.10.2026
Hadisə
Ukrayna səfiri Azərbaycana təşəkkür edib
12:57 07.10.2026
Gündəm
Qara Qarayev metrostansuyasının qarşısında avtobuslar toqquşub
12:38 07.10.2026
Hadisə
Marta Kos: Ermənistan Avropa İttifaqına doğru irəliləyir
12:33 07.10.2026
Dünya
Rusiyada ciddi təhlükə: Tramp Putinə zəng edəcək
12:17 07.10.2026
Dünya
Türkiyə “Starlink”in analoqunu yaradır
11:57 07.10.2026
Texnologiya
Astarada avtomobil 70 metr dərəyə yuvarlandı, sürücü öldü - VİDEO
11:17 07.10.2026
Hadisə
Paşinyan açıqladı: Nəsimi Musayev hələlik Ermənistanda qalacaq
11:15 07.10.2026
Gündəm
Ronaldo üzr istədi: Bu, mənim səhvim idi
10:56 07.10.2026
Futbol
8 tacikistanlı Azərbaycanda təhsil alacaq
10:41 07.10.2026
Elm və Təhsil
Ekspertdən ADY-yə sərt suallar: “B planı niyə yoxdur?”
10:40 07.10.2026
İnfrastruktur
“Ənsarallah” Ədən Beynəlxalq Hava Limanını vurdu
10:23 07.10.2026
Dünya
Paşinyan Musayevin Bakıya təhvil veriləcəyini istisna etmir
10:16 07.10.2026
Aktual