ABŞ-İran razılaşmasının əsas şərti bəlli oldu: Vaşinqton Tehrandan bunu istəyir

ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, İran ABŞ-la münaqişənin başa çatması üçün uranın zənginləşdirilməsi imkanlarını azaltmalıdır.

Sherg.az-ın məlumatına görə, Vens “Reuters”ə müsahibəsində qeyd edib ki, Tehranla istənilən razılaşma İranın uranın zənginləşdirilməsi üzrə imkanlarının məhdudlaşdırılmasını nəzərdə tutmalıdır.

Onun sözlərinə görə, İran nüvə silahı yaratmaqdan imtina etməyə hazır olduğunu göstərmək istəyirsə, zənginləşdirmə imkanları ilə bağlı konkret addımlar atmalıdır.

Vens əlavə edib ki, Vaşinqton Tehranla razılaşma əldə etməyə açıqdır, lakin nüvə məsələsində İrandan konkret güzəştlər tələb edir.