Daha bir neftçimizin meyiti tapıldı





"Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş qəza zamanı dənizdə itkin düşən neftçilərdən bir nəfərin meyiti tapılıb.
Modern.az xəbər verir ki, bu haqda "Azneft" İB-də yaradılan qərargahda baş direktorun I müavini Balamirzə Ağarəhimov bildirib.

Onun sözlərinə görə, həmin şəxs Ələt qəsəbəsinin sakini İlham Qafarovdur.

B.Ağarəhimov qeyd edib ki, həmin şəxsin meyiti gəmiyə çıxarılıb:
"O biri neftçilərin axtarışı istiqamətində işlər aparılır. Hadisə yerinə 10-dan çox gəmi, eyni zamanda FHN-in helikopteri cəlb olunub.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhərmanlının saytımıza verdiyi ilkin məlumata görə, hadisədən dərhal sonra suda batan Cavid Bəhrəmovun meyiti tapılıb.