Daha bir saytın adı Mətbuat Şurasının "qara siyahı"sına düşdü
11:12 19.06.2019
Arxiv
664
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər və "Reket jurnalistika”ya qarşı mübarizə üzrə komissiyalarının iclası keçirilib. Komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
Şuradan APA-ya verilən məlumata görə, ilk olaraq komissiya Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovun "7 gun.az ” saytına qarşı şikayətini araşdırıb. Komissiya müəyyən edib ki, "7 gun.az” saytı "Nazir müavininin cənub bölgəsinə işgüzar səfəri və onun görmək istəmədiyi gerçəklər” adlı məqaləni hazırlayarkən, "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsiplərini pozub. Anonim mənbələr əsasında hazırlanan yazıda əks edilən faktlar araşdırılmayıb, qarşı tərəfin rəyi öyrənilməyib. Saytın təmsilçisi Cavid Şirəliyev materialda əks edilən faktları təsdiqləyən sənədlərə malik olduğunu desə də, onları özü ilə iclasa gətirməyi unutduğunu bildirib. Şikayətlər Komissiyası məsələnin "Reket jurnalistika”ya qarşı mübarizə üzrə Komissiyada müzakirəsini, təqdim edilməsi nəzərdə tutulan sənədlərin geniş araşdırılmasını məqbul sayıb. Gündəliyə daxil edilən digər məsələlər tərəflərin qarşılıqlı razılığa gəlmələri səbəbindən baxılmamış saxlanılıb.
Daha sonra MŞ-nin "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. Komissiyanın sədri Vüqar Rəhimzadə gündəlikdə duran məsələlər barədə məlumat verib.
Komissiya üzvləri "Media-Press.org” saytı barədə məsələni müzakirə ediblər. Vüqar Rəhimzadə məlumat verib ki, qeyd edilən sayt üzrə məsələ daha öncə MŞ Şikayətlər Komissiyasının 17 may 2019-cu il tarixli iclasında müzakirə edilib. Amma sayt təmsilçiləri verilən tövsiyələrdən nəticə çıxarmayıblar. Şikayətçi, Ağdaş rayon sakini Məhəmməd Əliyev "Media-Press.org” saytı tərəfindən daha şiddətli təhqirlərə məruz qalması barədə növbəti şikayət ünvanlayıb.
Komissiya üzvləri məsələnin müzakirəsi zamanı "Media-Press.org” saytının fəaliyyətində "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsiplərinin intensiv şəkildə pozulduğunun, sayt rəhbərliyinin tövsiyə və xəbərdarlıqlardan nəticə çıxarmadığını aşkarlayıblar. "Media-Press.org” saytının adının MŞ-nin "qara siyahı”sına daxil edilməsi barədə rəy verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə millisi yenə məğlub oldu
00:59 03.10.2026
Futbol
Türkiyədə silahlı atışma: ölənlər var
00:20 03.10.2026
Gündəm
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol