Daha bir yol bağlanır: SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!




Aprelin 26-sı gecə saatlarında Heydər Əliyev prospektinin "Böyük Şor” yol qovşağının alt hissəsində (şəhər mərkəzi istiqaməti üzrə) hərəkət qısa müddətlik məhdudlaşdırılacaq. "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, məhdudlaşdırma 2 gün ərzində qüvvədə olacaq.

Sürücülər bu müddət ərzində alternativ olaraq Olimpiya stadionu ətrafında yerləşən yollardan istifadə etməklə istər Ziya Bünyadov, istərsə də Heydər Əliyev prospektlərinə rahat şəkildə çıxaraq yollarına davam edə bilərlər. Həmçinin, Qara Qarayev prospektinə doğru olan yol da hərəkətə açıq olacaq.