"Azərbaycan rəsmən Minsk Qrupuna alternativ olaraq Türkiyə, Avropa İttifaqı və Almaniyadan ibarət olan yeni bir danışıqlar formatı üçün qurumun yaradılmasını şərt kimi irəli sürməlidir"
Daha Minsk Qrupuna etimad göstərmək olmaz
07:59 20.11.2018
Arxiv
603
Separatçılığı təbliğ edən bir şəxsin Amerikaya getməsinə yaşıl işıq yandırmaq Vaşinqtonun ikili standartının təzahürüdür
"Azərbaycan rəsmən Minsk Qrupuna alternativ olaraq Türkiyə, Avropa İttifaqı və Almaniyadan ibarət olan yeni bir danışıqlar formatı üçün qurumun yaradılmasını şərt kimi irəli sürməlidir"
"Azərbaycan rəsmən Minsk Qrupuna alternativ olaraq Türkiyə, Avropa İttifaqı və Almaniyadan ibarət olan yeni bir danışıqlar formatı üçün qurumun yaradılmasını şərt kimi irəli sürməlidir"
Separatçı rejimin rəhbəri Bako Saakyan noyabrın 14-də Fransaya, noyabrın 16-da isə ABŞ-a səfər edib. Azərbaycan Xarici İşlər Nazirliyi həmin səfərlərlə bağlı həm Parisə, həm də Vaşinqton hökumətinə etirazını bildirib. Vurğulanıb ki, rəsmi Bakının etirazı diplomatik kanallarla həmsədr dövlətlərin hökumətlərinə çatdırılacaq. Əslində Dağlıq Qarabağın qondarma liderləri demək olar ki, hər il ABŞ-a səfər edirlər, orada humanitar aksiyalar keçirirlər, erməni diasporu ilə görüşürlər. Bako Saakyan bu ilin martında Amerikada səfərdə olub. Xarici İşlər Nazirliyi adekvat olaraq hər il eyni məzmunlu bəyanatlarla çıxış etsə də, rəsmi Vaşinqton səfərin şəxsi xarakter daşıdığını, Ağ Evin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. Lakin Vaşinqton Dağlıq Qarabağ ermənilərinin "liderinə” ABŞ-a səfər etməsi üçün hansı ölkənin vətəndaşı kimi viza verdiyini açıqlamayıb.
XİN haqlı olaraq Bako Saakyanın ABŞ-a səfərinin bu ölkənin rəsmi mövqeyinə uyğun olmadığını xatırladıb: "Qondarma rejimin nümayəndəsinin Amerika ərazisinə daxil olması, bu ölkənin ATƏT-in Minsk Qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərə ziddiyyət təşkil edir”. İctimaiyyət nümayəndələri və siyasi ekspertlər də qondarma rejimin təmsilçisinin həmsədr ölkələr tərəfindən dəvət olunmasını düzgün addım hesab etmirlər. Onların fikrincə, bu cür addım atmaq "münaqişənin həlli istiqamətində çalışmaq” kimi təqdim oluna bilməz.
Qondarma Dağlıq Qarabağ Respublikası müzakirə tərəfi olmadığı üçün separatçı rejimin Fransa və ABŞ-a səfəri problemin həllini daha da mürəkkəbləşdirir. Azərbaycan hər zaman olduğu kimi bu məsələ ilə bağlı kəskin mövqeyini ortaya qoyur. Birmənalı şəkildə bəyan edir ki, problemin həlli istiqamətində vasitəçi kimi iştirak edən ölkələr tərəfindən bu cür addımların atılması müsbət hal deyil. Azərbaycan ABŞ, eləcə də Fransa ilə ikitərəfli münasibətlərə malikdir. Bu ölkələr də Azərbaycanın regionda olan vacibliyini anlayır. Ona görə də bundan sonra ikitərəfli münasibətlərə xələl gətirəcək addımlara yol verməməlidirlər.
Separatçılara verilən dəstəyi "Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, qondarma rejimin başçısı Bako Saakyanın Fransadan sonra ABŞ-a səfəri Minsk Qrupu çərçivəsində Vaşinqtonun apardığı vasitəçilik missiyasına zərbə vurur. Analitikin sözlərinə görə, separatçılığı təbliğ edən bir şəxsin Amerikaya getməsinə yaşıl işıq yandırmaq Vaşinqtonun ikili standartının təzahürüdür:
"Göründüyü kimi, Minsk Qrupunun həmsədr dövlətlərinin fəaliyyəti separatizmi dəstəkləmək və danışıqlar prosesinə zərbə vurmaqdan ibarətdir. Rəsmi Bakı Fransa və ABŞ-ın diqqətinə çatdırmalıdır ki, Bako Saakyan birbaşa məlum dövlətin xüsusi xidmət orqanlarına bağlı şəxsdir və onun fəaliyyəti ABŞ-ın, Fransanın regiondakı maraqlarına qarşıdır. Amerika digər separatçılara qarşı sanksiyalar tətbiq edirsə, niyə Azərbaycanın işğal olunmuş ərazilərində separatçıların ölkəsinə girişinə icazə verir?! Şəxsən bununla bağlı ölkəmizdəki Fransa, ABŞ və Rusiya səfirliklərinə sorğu göndərəcəm və onların cavablarını ictimaiyyətə açıqlayacam”.
Ekspertin fikrincə, hazırda Minsk Qrupunun həmsədr ölkələrinə münaqişənin həlli ilə bağlı etimad etmək olmaz:
"ABŞ Prezidentinin regiona xüsusi diqqətinin artması, Azərbaycan Prezidentinə ünvanladığı məktubunda Qarabağ münaqişəsinin yaxın aylarda həllinə dair mesajlar verməsi, ardınca milli təhlükəsizlik müşaviri Con Boltonun regiona səfəri Vaşinqtonun münaqişənin həllində maraqlı olduğunun göstəricisi idi. Amma indi baş verənlər fərqli mənzərə yaradır. Belə bir siyasi situasiyada separatçı və hərbi cinayətkar olan Bako Saakayanın ABŞ-a səfəri müəyyən suallar doğurur. Bu onu göstərir ki, Minsk Qrupu çərçivəsində danışıqlar formatı uğurlu olmayacaq. Qeyd edim ki, real və substantiv danışıqlar bu format çərçivəsində mümkün deyil. Azərbaycan rəsmən Minsk Qrupuna alternativ olaraq Türkiyə, Avropa İttifaqı və Almaniyadan ibarət olan yeni bir danışıqlar formatı üçün qurumun yaradılmasını şərt kimi irəli sürməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə
Tramp əmr versə, İrana 96 saat sonra zərbə endiriləcək
17:13 26.10.2026
Gündəm
Tramp: Somali dünyanın ən pis ölkəsidir
17:10 26.10.2026
Gündəm
Rusiya minlərlə afrikalını müharibəyə göndərir
16:31 26.10.2026
Gündəm
İranla sərhədin açılmasını tələb edən İraq rəsmi həbs edildi
16:07 26.10.2026
Dünya
Paşinyan Ermənistanda yeni müxalifətin formalaşmasına çağırış edib
16:05 26.10.2026
Gündəm
Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
15:59 26.10.2026
Gündəm
"Şərq" heç vaxt öz ruhuna xəyanət etməyib - Kəmalə Quliyeva
15:47 26.10.2026
Media
13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı
15:24 26.10.2026
Aktual