Elnur Rüstəmov: “Bu zarafatı edən insanların pis niyyəti, məqsədləri yoxdur”
Dahilər sosial şəbəkələrdə ələ salınır
20:52 03.07.2017
Arxiv
726
Nəriman Əbdürrəhmanlı: “Mütəfəkkirləri, aydınları istehza obyektinə çevirmək olmaz”
Elnur Rüstəmov: “Bu zarafatı edən insanların pis niyyəti, məqsədləri yoxdur”
Elnur Rüstəmov: “Bu zarafatı edən insanların pis niyyəti, məqsədləri yoxdur”
Lalə Mehralı: "Məncə, ictimai qınaq lazımdır”
Son vaxtlar gənclər arasında qəribə bir "məşğuliyyət” dəb halını alıb. Dünya şöhrətli alimlərin, şairlərin, tarixi şəxsiyyətlərin "caps”larını hazırlayıb, gülməli deyimləri onların imzası ilə cəmiyyətə təqdim edirlər.
Sosial şəbəkələrdə daha aktiv olan bu insanlar xüsusən də tanınmış fizik Albert Eynşteynlə bağlı maraqlı "caps”lar paylaşırlar. Gənclər bunu əyləncə məqsədilə düzəltsələr də, bu cür "caps”lar əslində kütlə şüurunu əks etdirmək baxımından da maraqlıdır. Çünki orada yazılanlar cəmiyyətdə hər kəsin dəfələrlə eşitdiyi fikirlərdir.
Gülüş hədəfinə çevrilən "caps”ların üzərindəki fikirlər isə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmır. Bir çoxları bu cür səhifələri bəyənib, zarafat məqsədilə hazırlanan bu fotolardan zövq alsalar da, bunu ciddi nöqsan hesab edənlər də var.
Sosial şəbəkələrdə gənclərin düzəltdiyi müxtəlif şəkillərlə dünya və Azərbaycan mütəfəkkirlərini gülüş, lağ və istehza obyektinə çevirməsinə münasibət bildirərkən yazar-tərcüməçi Nəriman Əbdürrəhmanlı Sherg.az-a deyib ki, nəinki klassik şəxsləri, hətta adi insanlar belə istehza obyekti olmamalıdır: "Xalqın yaddaşında, mədəniyyətində, ədəbiyyatında, qəlbində yer tutmuş mütəfəkkirləri, aydınları istehza obyektinə çevirmək olmaz. Həm də ki, hər kəsin özünə görə şəxsiyyəti var. İnsanların qürurunu tapdalamaq düzgün deyil. Mən özüm də sosial şəbəkələrdə bu tip şəkillərə rast gəlmişəm və tənqid edirəm. Bu tip istehzaların səbəbi gənclərin daha çox özlərini başqalarına maraqlı gələcək şəkildə ifadə etməyə çalışması, diqqət çəkmək istəməsidir. Bu, düzgün yol deyil. Hər kəs öz şəxsiyyətini, düşüncəsini ifadə etməlidir”.
Psixoloq Elnur Rüstəmov isə tamam fərqli düşünür:
"Məsələ burasındadır ki, şəkillərinin üstünə müxtəlif ifadələr yazılan, lağ-lağı edilən dahilərin, tarixi şəxsiyyətlərin heç biri konkret şəxslərə və ya dövlətlərə məxsus deyil. Onlar heç doğulduqları, mənsub olduqları xalqa da məxsus deyillər. Ayrı-ayrılıqda hər biri bəşəriyyətin sərvəti hesab olunurlar. Bir çox hallarda onların imzası, yaxud da şəkilləri ilə verilən ifadələri cəmiyyətə çatdırmaq, həmin sözü bir növ aforizm səviyyəsinə yüksəltmək, yaxud da insanların üzündə xoş bir təbəssüm yaratmaq üçün bu cür addımları atırlar. Mən bu cür "gaps”ların ciddi bir ziyanı olduğunu və ya həmin şəxslərə qarşı hörmətsizlik kimi görülməsinin tərəfdarı deyiləm. Bu zarafatı edən insanların pis niyyəti, hansısa bayağı zarafatlarla həmin şəxsləri gözdən salmaq kimi bir məqsədləri yoxdur”.
Psixoloqun sözlərinə görə, cəmiyyət üçün hər hansı bir zərəri olsa belə, günü-gündən qloballaşan dünyada bu kimi halların qarşısını alacaq bir mexanizm də mövcud deyil.
Bu cür "caps”larla tez-tez rastlaşdığını vurğulayan jurnalist-sosioloq Lalə Mehralı isə onları ciddi qəbul etmədiyini deyib:
"Bilirəm ki, o yazıları yeniyetmələr, kompyuter proqramları ilə yeni tanış olan həvəskarlar hazırlayır və heç bir ciddi əsasa söykənmir. Məncə, gənc nəslin tanınmış şəxsiyyətlərə qarşı etinasızlığından, dəyər verməməsindən irəli gəlir bu davranış. Səməd Vurğunun Azərbaycan ədəbiyyatına bəxş etdiyi biri-birindən dəyərli ədəbi nümunələri bilən, onun ədəbiyyatımız üçün əhəmiyyətini anlayan biri bu cür şit zarafatlara əl atmaz.
Eləcə də Eynşteynin şəkillərinə edilən müdaxilələr. O insanın elmə verdiyi töhfənin böyüklüyünü, dəyərini anlamayan yeniyetmə, gənc - hər kimlərdirsə, bu hərəkəti ilə ancaq təəssüf yarada bilir, ciddi insanlar belə şeylərə gülmürlər. Məncə, ictimai qınaq lazımdır, daha da irəli getməsinlər, tanınmış şəxsiyyətləri, dahiləri, alim və ziyalıların şəkillərinə bu cür müdaxilələr etməsinlər”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya