Daxili işlər naziri onu rəis müavini təyin etdi


Daxili işlər orqanlarında növbəti kadr islahatı aparılıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Gündüz Məcidov Balakən Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini təyin edilib.

O, bundan əvvəl Naftalan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışıb.