DÇ-2018: Portuqaliya – İspaniya – 3:3





Rusiyada futbol üzrə dünya çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, son Avropa çempionu Portuqaliya iki gün əvvəl baş məşqçisini dəyişən İspaniya ilə üz-üzə gəlib. Qrup liderliyinə iddialı iki komandanın oyunu bol qollu olub. Hərəyə 3 qol vuran rəqiblər hərəyə 1 xalla kifayətləniblər.


Portuqaliyanın heyətində Kristiano Ronaldo het-trik edərək matçın taleyini təyin edib.


Dünya çempionatı



Qrup mərhələsi, I tur


15 iyun


"B" qrupu


Portuqaliya – İspaniya – 3:3


Qollar: Ronaldo, 4 (pen.), 45, 88 - Dieqo Kosta, 25, 55, Naço, 58.


Soçi, "Fişt” stadionu