Dəbdəbəli avtomobillərin aksiz vergisi artırılacaq
21:12 14.12.2016
Arxiv
1172
“Bu doğru addımdır, belə maşın sürənlər zəhmət çəkib, bir az da əlavə vergi ödəsin”
Vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında ölkəmizə idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə aksiz dərəcəsinin artırılması barədə məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyin edilməsi nəzərdə tutulur. Qanun layihəsinə əsasən, mühərrikin həcmi 2000 kubsantimetrədək olan minik avtomobilləri üçün aksiz dərəcəsi dəyişməyib. Lakin, mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 400 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 3 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Buna qədər belə avtomobillərin idxalı zamanı 400 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 1,5 manat aksiz dərəcəsi ödənilirdi.
Məsələ ilə bağlı "Şərq”ə danışan "Digesta” hüquq firmasının direktoru, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov dəbdəbəli avtomobillərin aksiz dərəcəsinin artmasının düzgün olduğunu söyləyib:
"Son illərdə xaricdən idxal edilən avtomobillər üçün bir neçə dəfə aksiz vergisi qaldırılıb. Aksiz vergisi mühərrikin iş həcminin kəmiyyətinə görə hesablanır. Dünyanın hər yerində mühərrikin iş həcmi kiçik olan avtomobillərə daha az aksiz vergisi tətbiq olunur və insanlara bildirilir ki, az yanacaq işlətsin və ətraf mühiti az çirkləndirsin. Bütün sosial təbəqələrin maddi imkanları bu cür avtomobilləri almağa imkan verir. Amma təxminən "supercar” istiqamətində gedən, nisbətən komfortlu, dəbdəbəli, mühərrikin iş həcmi böyük olan və başqa texniki göstəriciləri bahalı olan avtomobillərə yüksək qiymətli aksiz tətbiq edirlər. Yanaşma isə belədir ki, o avtomobilləri ala bilən adam zəhmət çəksin, bir az əlavə vergi ödəsin. Ölkəmizi İranla müqayisə eləsək, orda aksiz vergisi bizdən 3-4 dəfə artıqdır. İranda bu təkcə büdcəni artırmaq üçün deyil, həm də daxili avtomobil istehsalını qorumaq üçündür. Düzdü, bizdə daxili avtomobil istehsalı elə də əhəmiyyətli deyil. Amma, hər halda komfortlu avtomobillər hesabına özünü başqalarından fərqləndirmək istəyən adamlardan daha çox vergi alınması başadüşüləndir və hər yerdə qəbul olunmuş bir normadır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya
Maduronun həyat yoldaşı həbsdən azad edilməsini istəyir
10:43 08.10.2026
Dünya
İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə gəlib
10:27 08.10.2026
Gündəm
İstanbulda binanın dağıntıları altından 5 nəfər xilas edilib
10:06 08.10.2026
Hadisə
İçində 110 nəfərin olduğu təyyarəni ildırım vurdu
09:52 08.10.2026
Hadisə
Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?
09:42 08.10.2026
Dünya