“Dədə Qorqud” parkındakı süni göl etiraz doğurdu: "...Xəstəlik yarada bilər"
12:42 04.07.2017
Arxiv
3170
Məhərrəm Zülfüqarlı: " Həmin su doldurulub və heç bir kanalizasiya sisteminə çıxışı yoxdursa, suyun boşaldılması mümkün olmayacaq. Bu zaman həmin parkı və gölü düzəldən mütləq cəzalandırılmalıdır"
Ayyət Əhməd
""Dədə Qorqud” parkını kim tikibsə, zəhmət çəksin onu kanalizasiya sisteminə calaşdırsın, tez-tez parkdakı süni gölün suyu dəyişilsin və normal şəkildə fəaliyyət göstərsin”.
Bunu Sherg.az-a Gənclik metro stansiyasının yaxınlığında yerləşən "Dədə Qorqud” parkının çimərliyə çevrilməsi təklifinə münasibət bildirərkən tarix elmi üzrə fəlsəfə doktoru, Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.
O bildirib ki, süni gölün suyu dəyişilməsə, şəhərin ən yaxşı hissəsində yerləşən bu park üfunət iyi verəcək:
"Park ADA universitetinin yaxınlığında yerləşir. Bu akademiya isə Azərbaycanın nüfuzunu dünyanın bir sıra ölkələrində qaldıran ali təhsil ocağıdır. Onun rəhbərliyi də ətrafın təmizliyi üçün bu məsələni qaldırmalıdır ki, təcili müəyyən işlər görülsün. Həmin su doldurulub və heç bir kanalizasiya sisteminə çıxışı yoxdursa, suyun boşaldılması mümkün olmayacaq. Bu zaman həmin parkı və gölü düzəldən mütləq cəzalandırılmalıdır. Çünki bundan sonra çox problem yarana bilər. Su qalırsa, iylənə bilər və müxtəlif xəstəliklərə səbəb ola bilər. Bu zaman həmin parkın salınmasında və bu şəkildə fəaliyyət göstərməsində iştirak edən insanlar cəzalandırılmalı və problem həll olunmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya