Dəhşət: 7 uşağını itirdi, küçədə həkim gözləyərkən özü də can verdi

Suriyada Bəşər Əsəd rejiminin şərqi Hələbi  bombardman etməsi nəticəsində  7 uşağını itirən ana, son nəfəsini əlil arabasında küçə - küçə həkim axtararkən verdi.
 Ölkənin şimalındakı Halep şəhərininin şərqindəki bir küçədə həyat yoldaşı Sabah Məhəmmədlə əri Əbu Məhəmməd Halebi, çarəsiz halda həkim gəlməsini gözlədi. Bu zaman onların yanında AA müxbiri də var idi.
Başına gələnləri izah edən Halebi, müxaliflərin nəzarətində olan bölgəni havadan bombalayan rejimin, evlərini və küçələrini dağıtdığını, bu zaman insanların ətrafa dağıldığını söyləyir.
Qarışıqlıq zamanı 7 uşağını itirdiklərini və harada olduqlarını bilmədiyini söyləyən ata Halebi, halı pisləşən həyat yoldaşına həkim tapdıqdan sonra dönüb, uşaqlarını axtaracağını ifadə edir.
Halebi, həyat yoldaşının uzun müddətdir xəstə və əlil arabasına bağlı olduğunu, müalicə və dərman tapa  bilmədiklərini izah edərək, şüurunu itirən Sabaha təcili olaraq həkim tapmaq məcburiyyətində qaldığını  dilə gətirib.
Həyat yoldaşı Sabahı  bir əlil arabasına yerləşdirərək məhəlləsindən çıxardan Halebi, ətrafda gördüyü kəslərdən birinin həkim tapıb gətirəcəyinə söz verdiyi üçün gözləməyə başladıqlarını söyləyir.
Ancaq AA müxbirinin çəkilişi tamamlamasından yarım saat sonra ana Sabah  canını tapşırır.
Sabahın son nəfəsinə şahidlik edən AA müxbiri Yəhya əl-Rejo, ətrafda görünən tək-tük vətəndaşların da rejimin bombardmanından qaçmaq üçün bölgəni sürətlə tərk edib, nisbətən etibarlı küçələrə sağınmağa çalışdığını bildirir.