Dəm qazından növbəti zəhərlənmə




Goranboyda qadın dəm qazından zəhərlənib. 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Zeyvə kənd sakini 1983-cü il təvəllüdlü Şərifxanova İlahə Natiq qızı dəm qazı zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. 

Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, qadın vanna otağında olarkən dəm qazından zəhərlənib.