Deputat baş prokurorluğun korrupsiya cinayətlərini aşkarlamasını ALQIŞLADI
12:34 27.07.2018
Arxiv
942
"Hansı qurum olur olsun, vəzifəli şəxslərin səlahiyyətindən sui-istifadə edib, rüşvət alması yolverilməzdir”.
Bu barədə "Sherg.az”a İsmayıllı rayon baş prokurorluğunda aşkarlanan korrupsiya faktları haqqında danışarkən millət vəkili Fazil Mustafa bildirib.
Onun sözlərinə görə, baş prokurorluq tərəfindən korrupsiya cinayətlərinin aşkara çıxarılması müsbət tendensiyadır:
"Baş prokurorluq bundan sonra da korrupsiya faktlarını aşkarlamalı, bununla bağlı cəmiyyətə məlumat verməlidir. Hər bir vəzifəli şəxs dərk etməlidir ki, dövlət vəzifəsi cəmiyyətə xidmət etmək üçün nəzərdə tutulub. Bundan sui-istifadə etməyin nəticəsi ağır olur.
Korrupsiya faktlarında vətəndaşları qınamaq olmur. Çünki bəzi hallarda ortaya elə maneələr qoyurlar ki, vətəndaş rüşvət vermədən işini həll edə bilmir. Ona görə, insanlar məcburən korrupsiya faktına bulaşır. Bu, əksər sahələrdə belədir. Amma "ASAN Xidmət” modelinin tətbiq edilməsindən sonra korrupsiya faktları bir qədər səngidi. İnsanlar gördülər ki, sivil ölkələrdə olduğu kimi rüşvətsiz hansısa problemi həll etmək olar. Digər orqanlardakı korrupsiya faktlarının aşkara çıxarılması, qanun pozuntusuna yol verən şəxslərin cəzalandırılması həmin orqanların özünün nüfuzu üçün də vacib amildir”.
Prokurorluq kimi vacib orqanlara kadr seçiminin aparılması, nəzarət mexanizminin təmin edilməsi qaydalarına da toxunan millət vəkili xatırladıb ki, prokurorluq orqanlarına seçim müsabiqə yolu ilə həyata keçirilir:
"Güman edirəm ki, bundan sonra məsələyə daha ciddi yanaşılacaq, müvafiq tədbirlər görüləcək. Korrupsiya faktlarının aşkarlanması, kadr siyasətinin də gözdən keçirilməsini vacib edir”.
Qeyd edək ki, İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Xidməti yoxlamalar zamanı sözügedən rayonun prokuroru Ülvi Abbasov və onun böyük köməkçisi F. Quliyev tərəfindən vətəndaşlarla qeyri-prosessual münasibətlərə daxil olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edilməklə "Prokurorluq haqqında”, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarının, Baş Prokurorluq üzrə müvafiq əmrlərin, eləcə də "Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinin kobud şəkildə pozulması hallarına yol verilməsi müəyyən edilib. Müvafiq şəkildə, Ü. Abbasov tutduğu vəzifədən azad olunub, F. Quliyev barəsində isə cinayət işi açılıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm