Deputat məcburi köçkünlərlə bağlı maraqlı təklif verdi




"Hesablama Palatasının rəyinə əsasən qaçqın və məcburi köçkünlərin fərdi qaydada istifadə etdikləri kommunal xərclərə görə ayrılan vəsaitlərdə yeyintilər var.

 Bununla bağlı dəqiq faktlar və rəqəmlər ortaya qoyulub. Mən təklif edirəm ki, qaçqın və məcburi köçkün ailələrinə güzəştlərin müavinətlə əvəz edilməsi məsələsi dəyişdirilməklə, biz onlara ayrılmış bu güzəştləri yerli icra hakimiyyəti orqanlarının əli ilə deyil, məhz qaçqın və məcburi köçkün ailələrinin özlərinin əli ilə həyata keçirilməsini reallaşdıraq". 

Sherg.az-ın məlumatına görə bu sözləri Milli Məclisdə büdcə müzakirələri zamanı deputat Çingiz Qənizadə səsləndirib. 

O deyib ki, müavinətlərin ödənilməsinə görə yeyinti və korrupsiya halları varsa və bunu rəsmi dövlət orqanları açıqlayırsa, o zaman bu pullar qaçqın və məcburi köçkünlərə verilsin: 

"Onlar qaz, işıq və su pulunu özləri ödəsin. Bununla da, Hesablama Palatasının da qeyd etdiyi kimi, yeyinti hallarının və korrupsiya hallarının qarşısını alaq. Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi də bu məsələni qaldırıb. Maliyyə Nazirliyi bu məsələni nəzarətdə saxlasa, büdcədən müəyyən vəsaitin oğurlanmasının qarşısını almaq olar”.

Anar