Deputat Mərkəzi Bank sədrinin fikri ilə razılaşmır: "Belə proqnoz vermək çətindir"
13:22 24.11.2017
Arxiv
978
"Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd etdi ki, gələn il manatın məzənnəsi indiki səviyyədə qorunub saxlanacaq. Amma bu proqnozu vermək çətindir”.
Bunu "Sherg.az”a iqtisadçı, millət vəkili Vahid Əhmədov söyləyib. Deputat vurğulayıb ki, manatın məzənnəsinə təsir edən amillər var:
"İlk növbədə bura neftin qiymətinin hansı səviyyədə olacağı təsir göstərəcək. 2018-ci ildə neftin qiyməti 50-55 dollar səviyyəsində olacaqsa, manatın məzənnəsində ciddi problem olmayacaq.
Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artırsa da, bu, ciddi təsir etmir. Amma manat üçün əsas mənbə dünya bazarında neftin qiymətidir.
Manatın məzənnəsini qoruyub saxlamaq müəyyən qədər inflyasiya səviyyəsinə təsirini göstərir. Qeyri-neft sahəsinin inkişafı və digər problemlər var. Hesab edirəm ki, ilin sonuna qədər problem olmayacaq. Məzənnə 1,7 səviyyəsində qorunub saxlanacaq. Amma gələn il üçün dəqiqliklə belə proqnoz vermək çətindir”.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev də 2018-ci ildə manatın məzənnəsinin qorunub saxlanacağını bildirib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya