Deputat: "Ölkəmizdə bütün xalqlar dostluq şəraitində yaşayır" - Forumun başlıca mesajı
08:42 29.10.2018
Arxiv
567
"VI Bakı Beynəlxalq Humanitar Forumda Azərbaycan Prezidenti İlham Əliyevin ətraflı çıxışları oldu və bütün qonaqlar ölkə başçımızın fikirlərini təsdiqlədi”.
Bunu "Sherg.az”a millət vəkili Tahir Kərimli bildirib.
Onun sözlərinə görə, artıq Azərbaycan altıncı dəfədir 80- dən artıq dövlətin və 24 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi Beynəlxalq Humanitar Foruma ev sahibliyi edir:
"Dünyanın bir çox aparıcı mətbuat orqanı ölkəmizdə keçirilən forum haqqında dünyaya mesajlar verdi. Kiçik ərazidən, 10 milyon əhalidən ibarət olan bir dövlət beynəlxalq forumlar keçirir. Bu forumlar vasitəsi ilə dünyaya ciddi mesajlar verilir. İnsanların dini,etnik ayrılığa məruz qalmamasının zəruriyyətini ortaya qoyur. Bakı dünyaya mesaj verdi ki, insanlar hər yerdə ədalətli mövqe və hörmətə layiqdir. Hər kəs bir-biri ilə dost olmalıdır, bir-birini sevməlidir.
Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycanda talerantlıq süni təbliğatlar nəticəsində qazanılmayıb. Hər kəslə mehriban yaşamaq Azərbaycan xalqının genetik kodunda var. Ölkəmizdə dinindən, irqindən aslı olmayaraq daima bütün xalqlar dostluq şəraitində yaşayır. Digər xalqlar torpaqlarımızda hər zaman rahat yaşayıb. Azərbaycan bu kimi beynəlxalq tədbirlərə ev sahibliyi edən nadir dövlətlərdəndir.
Bəzi ölkələr belə əhəmiyyətli forumlara heç pul ayırmaq istəmir. Ölkə başçısı çıxışında söylədi ki, , hazırda multikulturalizmə dünyada birmənalı münasibət yoxdur. Azərbaycan analoji tədbirləri həyata keçirməklə nəzərə çatdırdı ki, bütün xalqlar, dövlətlər bir-birilərinə yaxın olmalıdır, onlar humanist keyfiyyətləri üstün tutmalıdırlar. Tədbirdə cənab prezidentdən sonra cıxış edən xarici dövlətlərin rəsmiləri ölkə başçımızın fikirlərini təsdiq edib, daima ona istinadlar edirdilər. Bu kimi tədbirlər ölkəmizin nüfuzunu daim artıracaq”.
Qeyd edək ki, ötən gün paytaxt Bakıda baş tutan VI Bakı Beynəlxalq Humanitar Forumda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək bildirib ki, Əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayıblar.Müasir Azərbaycan dövləti çox dərin milli-mənəvi dəyərlər üzərində qurulub. Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilib.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya