Deputat: "Qarabağ erməniləri rəzil həyat yaşayırlar" - Təcrid olunublar
16:01 05.06.2018
Arxiv
1882
"Dağlıq Qarabağ ermənilərini bir qrup erməni millətçiləri, separatçılar 80-ci illərin sonunda qızışdırıb, onlara Azərbaycandan ayrılmağı şərt qoydular. Həmin ermənilərə Ermənistanın tərkibində xoşbəxt həyat vəd etdilər”.
Bunu "Sherg.az”a Qarabağ ermənilərinin etiraz aksiyaları keçirməsinin səbəblərini izah edərkən tarixçi, millət vəkili Fəzail İbrahimli deyib. Parlament üzvünün sözlərinə görə, artıq Dağlıq Qarabağda yaşayan ermənilər anlayır ki, onlara verilən vədlər boşa çıxdı:
"Ermənistanın apardığı siyasət Qarabağ ermənilərini də uçuruma sürüklədi. Onlar rəzil, acınacaqlı həyat yaşayırlar. Dünyadan təcrid olunublar. Artıq ermənilər bunu dərk ediblər. Ona görə, etiraz aksiyalarına başlayıblar.
Qarabağ ermənilərinin bu günə qədər etiraza qalxmamasının səbəbi devrilmiş prezident Serj Sarkisyanın qurduğu despot rejim idi. S.Sarkisyan elə qorxu yaratmışdı ki, hər kəs, bütün ermənilər başını aşağı salıb, onun komandasının getməsini gözləyirdi. O qorxunun aradan qalxması, Qarabağ ermənilərini də bir qədər cəsarətləndirib. Həmçinin, 2016-cı ilin aprel ayında baş verən hadisələr Qarabağ ermənilərinin də inamını qırdı.
Azərbaycanın öz torpaqlarından əl çəkməyəcəyinə, müharibə yolu ilə belə olsa, Qarabağı geri qaytaracağına əmin oldular. İndi Qarabağ erməniləri dərk edir ki, Azərbaycan işğal altındakı torpaqları azad etdikdə, ortada əziyyət çəkən orada məskunlaşdırılanlar olacaq. Ona görə, Qarabağ erməniləri Sarkisyan tələsindən qurtulmuş formada ayağa qalxıb, haqq axtarırlar”.
Qeyd edək ki, Ermənistanın işğal etdiyi əraziləri azad etməsi və Dağlıq Qarabağ münaqişəsinin təcili şəkildə həlli edilməsi ilə bağlı fikirlərlə daim gündəmə gələn keçmiş prezident, "Erməni milli konqresi” partiyasının lideri Levon Ter-Petrosyan da Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin İrəvan tərəfindən Xankəndində yaradılmış qondarma rejimə etiraz etməsini şərh edib. O deyib ki, İrəvanda baş verənlərin Qarabağa yayılması yolverilməzdir: "Çünki biz müharibə vəziyyətindəyik və daxildə baş verə biləcək hər hansı qığılcım faciəvi nəticələrə gətirib çıxara bilər. Rəqibimiz (Azərbaycanı nəzərdə tutur – red.) bu situasiyadan istifadə etməyi unutmayacaq”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol