Deputat: Rusiya öz vətəndaşlarından ötrü belə narahatdırsa, niyə Dilqəm Əsgərovun...
15:00 11.01.2019
Arxiv
211
Azərbaycanın sərhədləri Azərbaycana dost kimi gələn, qərəzsiz gələn, Azərbaycana qarşı heç bir düşmənçilik, təxribatçılıq niyyəti olmayan hər kəsə açıqdır.
Bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın erməni millətindən olan Rusiya vətəndaşının Azərbaycana buraxılmamasına görə ittihamına münasibət bildirərkən deyib.
E.Məmmədovun sözlərinə görə, M.Zaxarova da çox gözəl bilir ki, Azərbaycan Ermənistanla 30 ilə yaxındır müharibə vəziyyətindədir:
"Dağlıq Qarabağda gərgin döyüşlər gedən vaxtlarda Rusiya, Gürcüstan, Ukrayna, Latın Amerikası ölkələri, Fransa, Suriya, Livan və digər ölkələrin vətəndaşı olan ermənilər muzdlu qatil kimi gələrək Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı vuruşurdular, soyqırım törədirdilər. Belə olan halda Azərbaycan bunları bilə-bilə öz təhlükəsizliyini niyə şübhə altında qoymalıdır? Xanım Zaxarova bunu başa düşməlidir. Rusiya da öz təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrdən istifadə edir, o cümlədən özü üçün təhlükəli saydığı şəxsləri hansı dövlətin vətəndaşı olmasından asılı olmayaraq ölkəsinə buraxmır və bu, təbii haldır. Azərbaycan dövləti də vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün müvafiq addımlar atmağa məcburdur”.
Millət vəkili əlavə edib: "Əgər Rusiya öz vətəndaşlarının təəssübünü bu cür çəkirsə, onlardan ötrü bu cür narahatdırsa, niyə ermənilər tərəfindən girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərov barədə bir söz demir? Əgər xaricdə Rusiyanın hər hansı vətəndaşına qarşı ədalətsizlik olursa, rəsmi Moskva dərhal həmin ölkələrə bəyanat verir, danışıqlar aparır. Dilqəm Əsgərov da Rusiya vətəndaşıdır, niyə onun ermənilər tərəfindən qanunsuz girov götürülərək, ədalətsiz "məhkəmə” ilə həbs olunmasına göz yumur? Nəzərə alınmalıdır ki, Dilqəm Əsgərov öz doğma yurdunda, Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda girov götürülüb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks