Deputat: "Struktur islahatları idarəçilikdə faydalı iş əmsalını yüksəldəcək"
13:14 16.01.2019
Arxiv
431
"Paralel strukturların aradan qaldırılması çox vacib idi. Bu qərar dövlət idarəçiliyində çevikliyi artıracaq, pərakəndəliyi və məmur çoxluğunu aradan qaldıracaq, eyni zamanda faydalı iş əmsalını yüksəldəcək”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
Deputat ilk olaraq Prezident İlham Əliyevin ötən gün keçirilən müşavirədəki çıxışını çox bəyəndiyini bildirib:
"Zaman-zaman həmkarlarımla söhbətimizdə institusional islahatların, struktur dəyişikliyinin zəruriliyini qeyd edirdik. Parlamentin iclaslarında, rəsmi görüşlərdə, mətbuatda bu cür islahatların önəmi haqqında dəfələrlə fikir söyləmişəm. Müşavirədə dövlət başçısının islahat anonsu verməsi və dərhal Sərəncam imzalaması məni hədsiz sevindirdi. Dövlət başçısı özü də qeyd edirdi ki, aparatın şişirdilməsi faydalı deyil və bu məqam çevik qərarların qəbul edilməsinə mane olur. Əgər müxtəlif qurumlar sadəcə bir təşkilatda birləşdirilirsə, deməli işləri vahid mərkəzdən idarə etmək mümkündür. Düzdür, qurumların ləğvi müəyyən ixtisarlara gətirib çıxaracaq. Ancaq bununla bağlı lazımi tədbirlər görüləcək. Prezident hökumətə xüsusi tapşırıq verib”.
Tahir Kərimli "Azərsilah” ASC-nin yaradılmasından da danışıb:
"Parlamentdə məsələ qaldırmışdım ki, Rusiya və Türkiyə kimi dövlətlərdə Müdafiə Sənayesi Nazirliyi yoxdur. Azərbaycan belə bir quruma ehtiyac varmı?! Bəzi şəxslər qeyri-adi təklifdən dolayı məni qınayırdılar. Gördüyünüz kimi cənab Prezidentin qərarı mənim təklifimlə üst-üstə düşdü. İnanıram ki, bu islahatlar davam edəcək və getdikcə bunun faydasını görəcəyik. Məlumatıma görə, bir sıra qurumlarla bağlı da qərarlar olacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm
ABŞ Tehrandakı mümkün hədəflərin yeni siyahısını hazırlayıb
12:30 27.05.2026
Gündəm
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
12:21 27.05.2026
Cənubi Qafqaz
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
12:02 27.05.2026
Cəmiyyət