Deputat tarixçi alimin təklifini ALQIŞLADI
13:48 28.02.2018
Arxiv
1292
Fəzail İbrahimli:“Yeni təşkilatın yaradılmasından sonra planlı formada iş aparılacaq, müsbət nəticə əldə olunacaqsa, alqışlamaq lazımdır. Bu sahədə atılan bütün müsbət addımları dəstəkləyirəm"
"Dağlıq Qarabağın təbliği, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində müvafiq qurumlar fəaliyyət göstərir”.
Bu sözləri "Sherg.az”a tarixçi-alim Nəsiman Yaqublunun "Qarabağı araşdırma və təbliğat institutu”nun yaradılması təklifinə münasibət bildirərkən tarixçi, millət vəkili Fəzail İbrahimli deyib.
O vurğulayıb ki, hazırda ölkəmizdə mövcud olan bu sahədə təyinatlı siyasi təşkilatların, QHT-lərin, xaricdəki Azərbaycan nümayəndələrinin ən böyük missiyası Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasıdır:
"Yeni təşkilatın yaradılmasından sonra planlı formada iş aparılacaq, müsbət nəticə əldə olunacaqsa, alqışlamaq lazımdır. Bu sahədə atılan bütün müsbət addımları dəstəkləyirəm. alqışlayıram. Dediyim kimi, əsas məsələ nəticədir.
Təşkilatın yaradılmasını bir təklif formasında səsləndirmək olar”.
Qeyd edək ki, Nəsiman Yaqublunun təklifinə görə, həmin institut Dağlıq Qarabağ probleminin araşdırılması, məlumatların xarici ölkələrə çatdırılması sahəsində sistemli iş aparmalıdır. Nəticələr müqayisə edilməlidir ki, alman insanına, fransızlara, ingilislərə və s. xalqlara Qarabağ həqiqətləri necə çatdırılıb. Əks halda, dağınıq vəziyyətdə görülən işlərin effekti olmayacaq.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou