Deputat təklif verdi - "Kommunal xidmət qurumları özəlləşdirilsin!"





Bu gün Milli Məclisdə Azərbaycanın gələn il üçün dövlət büdcəsi zərfinin müzakirəsi başlayıb. 

Sherg.az bildirir ki, hökumət üzvlərinin çıxışlarından sonra, deputatlar büdcə ilə bağlı təkliflər səsləndiriblər. 

Deputat Fərəc Quliyev deyib ki, kommunal xidmət göstərən dövlət qurumları özəlləşdirilsin: 

"Hesab edirəm ki, belə müəssisələrin özəlləşdirilməsi dövlət büdcəsinin yükünü xeyli azalda bilər. Bu gün büdcədən həmin qurumlara vəsait ayrılır. Amma bu müəssisələr özəlləşdirilərsə, nəinki onlara pul ayrılacaq, əksinə onlar özləri dövlət büdcəsinə gəlir verəcəklər. Düşünürəm ki, bu haqda fikirləşməyin vaxtıdır”.

Anar