Deputat yazarlarımızın İran prezidentinə müraciətini alqışladı: "Güneydəki yazıçıların taleyi..."
14:59 03.07.2017
Arxiv
1242
Fazil Mustafa:"İranda yaşayan və həbs edilən azərbaycanlı yazarların azadlığa çıxması, sıxıntılardan qurtulması üçün şimaldan qardaş köməyi göstərilməsinə borc kimi baxılmalıdır"
"Azərbaycan yazarlarının Güney Azərbaycanda fəaliyyət göstərən yazarların taleyi ilə maraqlanması yaxşı təşəbbüsdür”.
Bunu Sherg.az-a bir qrup Azərbaycan yazarının İranda yaşayan və həbs edilən azərbaycanlı yazarların azadlığa buraxılması haqqında İran prezidentinə məktubla müraciətinə münasibət bildirərkən millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, burada söhbət yalnız milli təəssübkeşlikdən getmir:
"Yazarlar ilk növbədə humanizm və insanlıq prinsipi ilə çıxış edərək bu problemi gündəmə gətiriblər. Normal yanaşıram. Müraciətin təsirinin olub-olmamasından asılı olmadan bu, bir kollektiv çalışmadır. Hesab edirəm ki, bunu Azərbaycan cəmiyyətində insanlara məsələnin mahiyyəti üzrə çatdırmaq lazımdır. İranda yaşayan soydaşlarımızın vəziyyətinin necə olmasını doğru anlatmaq gərəkir. Onların da azadlığa çıxması, sıxıntılardan qurtulması üçün şimaldan qardaş köməyi göstərilməsinə borc kimi baxılmalıdır. Ümid edirəm ki, tək yazarlar deyil, başqa peşə sahibləri də bununla bağlı müəyyən işlər görə bilər”.
Deputat əlavə edib ki, İranın aidiyyatı strukturları tərəfindən məktuba reaksiya verilə bilər:
"Mən ümid etmək istəyirəm ki, İran tərəfi buna uyğun addım atacaq. Düzdür, şərtlərdə inandırıcı görünmür, amma İranda da səlis, normal düşünən insanlar var. Onlar da anlayırlar ki, insan haqlarına qarşı hər hansı davranışın nəticələri müsbət olmayacaq. Ona görə, hesab edirəm ki, İran tərəfi də müəyyən müsbət addımlar atmağa səy göstərəcək”.
Müraciətin mətnini aşağıdakı linkdə oxuya bilərsiniz:
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya