Deputatların maaşı artırıldı - SƏRƏNCAM





Azərbaycanda deputatların vəzifə maaşı artırılıb. "Sherg.az"ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev bu gün "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1121-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.


Dövlət başçısının sərəncamı ilə Milli Məclisin deputatlarının aylıq vəzifə maaşları 2250 manatdan 2475 manata qaldırılıb.


Bu dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq edilir.