Dilqəm Əsgərov və Şahbaz Quliyevdən YENİ XƏBƏR
12:50 18.11.2020
Arxiv
470
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib.
BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri oktyabr-noyabr aylarında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkməkdə davam edib. BQXK-nın baş çəkdiyi şəxslər sonuncu gərginləşmədən əvvəl, həmçinin gərginləşmədən sonra saxlanılanlardır: "Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın. Avqust-sentyabr aylarında biz, Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkməkdə davam etmişik.
Beynəlxalq Qızıl Xaç Komitəsi mandatına əsasən, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılan şəxslərə olan rəftarı və onların saxlanma şəraitini monitorinq edir və həmçinin, bu şəxslərə ailə əlaqələrini saxlamaqda köməklik göstərir. COVİD-19 pandemiyası zamanı biz, saxlanma yerlərinə məsul olanlarla saxlanılan şəxslərin sağlamlıq durumu və onlara göstərilən tibbi xidmətlə bağlı dialoq aparırıq. Dialoq mövcud pandemiya zamanı da davam edir. Bizim əlaqədar qurumlarla apardığımız dialoqun məzmunu məxfidir və şəxslərin sağlamlıq vəziyyəti barədə məlumatlar yalnız ailələri ilə paylaşılır. Başçəkmələr vasitəsilə aparılan monitorinq pandemiya ilə əlaqəli mövcud duruma uyğunlaşdırılıb və BQXK-nın saxlanılan şəxslərlə bağlı fəaliyyəti zərər verməmək prinsipinə əsaslanaraq həyata keçirilir. Tətbiq olunan məhdudiyyətlər BQXK tərəfindən nəzərə alınır”.
2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrəvanda ABŞ səfirliyinin qarşısında avtomobil partlayıb
01:30 20.02.2026
Dünya
İsrail Suriyanın cənubunu atəşə tutdu
01:03 20.02.2026
Dünya
Danimarka İrana məxsus gəmini saxladı
00:39 20.02.2026
Dünya
BMT ABŞ və İranı dialoqu davam etdirməyə çağırıb
23:59 19.02.2026
Dünya
Türkiyə Qəzzaya heyət göndərməyə hazırdır - Fidan
23:44 19.02.2026
Gündəm
Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
23:23 19.02.2026
Dünya
Makron Ermənistana gəlir - Təcili
22:09 19.02.2026
Dünya
ABŞ “Sülh Şurası”na 10 milyard dollar ayıracaq
21:30 19.02.2026
Dünya
Stiv Uitkoff Türkiyəyə belə təşəkkür etdi
21:18 19.02.2026
Dünya
Kənan MM Orxan Saffarinin valideynlərindən üzr istədi
21:07 19.02.2026
Cəmiyyət
Tramp: Bizə bəzi ölkələr lazım deyil, çünki onlar baş ağrısıdırlar
20:54 19.02.2026
Dünya
Çətin mərhələ başladı:Sınaqlardan qaça bilməyəcək BÜRCLƏR
20:36 19.02.2026
Maraqlı
“Cənubi Qafqaz Rusiyanın əlindən çıxır” - ANALİTİK
20:30 19.02.2026
Gündəm
“8 müharibəni bitirdik, 9-cusu yoldadır” - Tramp
20:25 19.02.2026
Gündəm
Tramp: İranla mənalı bir razılaşma əldə etməliyik, əks halda...
19:50 19.02.2026
Dünya