Dövlət qulluğuna işə qəbul üzrə dekabrın 17-də keçirilən imtahanda iştirak üçün qeydiyyatdan keçmiş 3040 namizəddən 337-si ali təhsil müəssisələrinə TQDK-nın əmri ilə qəbul olmayıb.
Dövlət İmtahan Mərkəzindən "Sherg.az"a verilən məlumata görə, qeydiyyatdan keçmiş 3040 namizəddən 2703 nəfər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 965 nəfər imtahandan uğurla keçib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və ali məktəblərə TQDK-nın əmri ilə qəbul olmayan 337 namizəddən yalnız 25 nəfər imtahanda uğur qazanıb.
Müvəffəqiyyət əldə edənlərdən 12 nəfər xarici təhsil müəssisələrini bitirib, 2 nəfər 1992-ci ilədək ali təhsil müəssisələrinə qəbul olub, 9 nəfər xarici təhsil müəssisələrindən ölkənin ali təhsil müəssisələrinə köçürülüb, 2 nəfərin isə ali təhsil müəssisələrinə qəbul olmaq haqqında məlumatları hazırda araşdırılır.
Aşağıdakı cədvəldə bu şəxslərin TQDK-nın keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları və ona uyğun olaraq dövlət qulluğuna qəbul imtahanından keçənlərin sayı, faiz göstəriciləri verilib. Cədvəldən görünür ki, imtahandan uğurla keçənlərin faizi bal intervallarına mütənasib olaraq artır.
Bal intervalı
Qeydiyyatdan keçib
Test imtahanından uğurla keçib
Faizlə (%)
1-100
15
0
0.0
101-200
104
7
6.7
201-300
531
82
15.4
301-400
743
215
28.9
401-500
676
292
43.2
501-600
468
256
54.7
601-700
166
113
68.1
Yekun:
2703
965
35.7
Qeyd edək ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olmuşdur. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 3040 namizəddən 337 nəfər ali təhsil müəssisələrinə TQDK-nın əmri ilə qəbul olmayıb.
Onlardan yalnız 25 nəfər imtahanda uğur qazanmışdır. Müvəffəqiyyət əldə edənlərdən 12 nəfər xarici təhsil müəssisələrini bitirib, 2 nəfər 1992-ci ilədək ali təhsil müəssisələrinə qəbul olub, 9 nəfər xarici təhsil müəssisələrindən ölkənin ali təhsil müəssisələrinə köçürülüb, 2 nəfərin isə ali təhsil müəssisələrinə qəbul olmaq haqqında məlumatları hazırda araşdırılır.