DİM sədrindən Təhsil Nazirliyinə "sərt şillə": "Nazirlik məsələni çox sərt qoydu, amma..."
20:24 02.07.2017
Arxiv
2272
"Nəticədə bizim özəl ali məktəblərdə tələbə kontingenti azaldı, müəyyən universitetlər tələbələrsiz qaldı. Bu, yalnız özəl ali məktəblərə deyil, regionlardakı dövlət universitetlərinə də mənfi təsir göstərdi"
"Milli Məclisdə qanuna dəyişiklik edilib. Qanun qüvvəyə minməlidir. Prezident tərəfindən təsdiqlənməlidir, müvafiq tapşırıqlar verilməlidir və hüquqi normativ sənədlər hazırlanmalıdır".
Sherg.az xəbər verir ki, bu barədə ali məktəblərdə yaradılacaq hazırlıq kurslarının mahiyyətindən və onu zəruri edən amillərdən danışarkən Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, həmin sənədlər hazırlanandan sonra bu modelin necə olacağını deyə bilərik:
"Prosesin hüquqi cəhətdən necə aparılacağı bizə məlum deyil. Qanunda yazılıbdır ki, onlar DİM -in qəbul imtahanlarında iştirak edib müəyyən bal toplamalı olacaqlar. O balların həddinin necə olacağı da qeyri- müəyyəndir. Biz TQDK-nın vaxtında müsabiqədə iştirak etmə şərtini yumşaltmışdıq və bəzi ixtisaslarda keçidi 150 bala qədər endirmişdik. Çünki kənd təsərrüfatı və baytarlıq kimi ixtisaslarda yerlər boş qalırdı. Biz də görürdük ki, müsabiqəyə buraxılanlardan 200 baldan yuxarı nəticə göstərənlərin sayı azdır, plan yerləri isə çox. Belə olan halda balları aşağı salırdıq ki, plan yerlər dolsun. Bununla yanaşı yüksək rəqabət olan ixtisaslarda heç zaman ballar enmirdi. Bir daha təkrarlayıram kənd təsərrüfatı və baytarlıq ixtisalarına qəbulda ballar endirilirdi. Bəzi ali məktlərdə plan yerləri boş qalmırdı və gənclərimiz sadə diplom əldə emtək üçün xarici ölkələrə üz tutmurdu.
2013 cü ildən Təhsil Nazirliyi bu məsələni çox sərt qoydu və bildirdi ki, biz keyfiyyəti təmin etmək istəyirik. Biz istəmirik ki, 200 baldan aşağı olan nəticələrlə kimsə ali məktəbə qəbul olunsun. Təbii ki, biz bunu qəbul etdik və indi 4 il ərzində 200 baldan aşağı nəticə göstərən kimsə heç bir ali məktəbə qəbul olunmayıb.
Nəticədə bizim özəl ali məktəblərdə tələbə kontingenti azaldı, müəyyən universitetlər tələbələrsiz qaldı. Bu, yalnız özəl ali məktəblərə deyil, regionlardakı dövlət universitetlərinə də mənfi təsir göstərdi. Biz bir təşkilat kimi yalnız qəbul olunan təhsil siyasətini həyata keçirirdik. İndi ictimai tələblər, fikirlər dəyişib və belə tələbələrin ölkədən getməsi məqsədəuyğun hesab olunmur. Ona görə də hazırlıq qrupları yaradılır".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında oldular
10:40 27.09.2026
Siyasət
Naxçıvanda 27 Sentyabr - Anım Günü qeyd edilir
10:10 27.09.2026
Sosial
Salah heyətdən çıxarıldı
09:51 27.09.2026
Futbol
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət