"Diqlas" sahibkarlarının banklara olan borclarına GÜZƏŞTLƏR tətbiq olunacaq
10:08 03.04.2019
Arxiv
516
"Diqlas" Ticarət Mərkəzində yanğından zərər çəkmiş sahibkarların banklara olan borclarına Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüsü ilə güzəştlər tətbiq olunacaq. Bu barədə ABA-dan Lent.az-a daxil olan məlumatda bildirilr.
Xəbərdə qeyd olunur ki, martın 26-da Bakının Nizami rayonu ərazisində "Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində burada ticarətlə məşğul olan sahibkarlara xeyli miqdarda ziyan dəyib.
Hər zaman olduğu kimi, bu dəfə də Prezident İlham Əliyevin timsalında dövlət vətəndaşlarına arxa durdu, sahibkarlara dəstək olub.
Dövlət başçısı mərkəzi və yerli icra qurumlarının rəhbərlərinin iştirakı ilə təcili müşavirə keçirərək, "Baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında” 28 mart 2019-cu il tarixli və "Baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” 29 mart 2019-cu il tarixli Sərəncamlar imzalayıb.
"Baş vermiş hadisə ilə bağlı ölkə Prezidentinin çağırışına cavab olaraq yanğın nəticəsində zərər çəkmiş sahibkarlara kömək göstərilməsi məqsədilə banklarda kredit borcu olan sahibkarların kreditlərinin restrukturizasiya olunması, kreditlərə görə hesablanmış cərimələrin (peniyaların) bağışlanması, faizlərinin aşağı salınması məsələri Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin 29 mart 2019-cu il tarixdə keçirilmiş iclasında müzakirə olunub.
Qeyd olunan məsələ ilə əlaqədar çıxış və təkliflər dinlənildikdən sonra "Diqlas” ticarət mərkəzində baş vermiş yanğın zamanı zərər çəkmiş sahibkarların Azərbaycan Banklar Assosiasiyasının üzv bankları tərəfindən kreditlərinin restrukturizasiya olunması, hesablanmış cərimələrin (peniyaların) silinməsi, faizlərinin aşağı salınması, eləcə də onlara, müraciətləri əsasında, qaydalar çərçivəsində yeni kreditlərin verilməsi və bu tədbirlərin icrasına dərhal başlanılması ilə bağlı qərar qəbul edilib.
İclasın sonunda Azərbaycan Banklar Assosiasiyasının üzvləri "Diqlas” ticarət mərkəzində zərər çəkmiş sahibkarlara köməklik məqsədilə böyük humanist addım atdığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini bildirmiş, ölkəmizin inkişafı naminə hər zaman Azərbaycan Respublikasının Prezidentinin yanında olacaqlarını bəyan ediblər", - deyə məlumatda bildirilr.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi