DİQQƏT: kibercinayətkarlar koronovirusdan yararlanmağa çalışır
10:42 14.03.2020
Arxiv
456
E-poçt üzərindən fişinq kampaniyasından sonra kibercinayətkarlar insanların koronovirusla bağlı qorxularından sui-istifadə etmək məqsədilə hədəf olaraq koronovirus xəritələrini seçib.
“APA-Economics” Elektron Təhlükəsizik Xidmətinin yaydığı məlumata əsasən xəbər verir ki, bir çox təşkilatlar, o cümlədən “John Hopkins” Universiteti tərəfindən ölkələr üzrə koronovirusla bağlı ən son statistik məlumatları insanlarla paylaşmaq məqsədilə koronovirus xəritələri/məlumat lövhələri yaradılıb.
Tədqiqatçılar bildirir ki, kibercinayətkarlar tərəfindən istifadəçi adları, şifrələr, kredit kart nömrələri və istifadəçilərin brauzerində saxlanılan digər fərdi məlumatlarının ələ keçirilməsi üçün bu xəritələrin saxta versiyaları yaradılıb.
Qanuni koronovirus xəritələrinin əksinə, bu saxta saytlar istifadəçilərdən ən son yoluxma hallarından və statistik məlumatlardan xəbərdar olmaq üçün tətbiq yükləmələrini istəyir. İstifadəçinin kompüterini yoluxdurması üçün tətbiqin quraşdırılmasına belə ehtiyac yoxdur, təkcə yüklənilmə kifayət edir.
Bu saxta koronovirus xəritələri “AZORult” adlanan zərərli proqramın funksionallığından istifadə edir. Bu zərərli proqram 2016-cı ildə kəşf edilib və axtarış tarixçəsi, kukilər, şifrələr, kart məlumatları və digər məlumatları ələ keçirmək və həmin məlumatları kibercinayətkarlar tərəfindən idarə olunan C2 serverinə köçürmək üçün istifadə edilir. Bu proqram həmçinin yoluxmuş cihazlara əlavə zərərli proqram yükləməyə imkan verir.
Qanuni koronovirus xəritələrinin məlumat bazasından istifadə etməsinə baxmayaraq, əslində bu cür saxta saytları müəyyən etmək asandır. Bu saxta saytlar çox vaxt qanuni koronovirus xəritələrindən fərqli URL-dan istifadə edir və istifadəçilərdən xüsusi tətbiq yükləməyi tələb edir.
Elektron Təhlükəsizlik Xidməti bu növ kiberhücumun qurbanına çevrilməmək üçün istifadəçilərə tövsiyə edir ki, koronovirusla bağlı məlumat almaq üçün yalnız qanuni, təsdiq edilən xəritələrə müraciət etsinlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə
Qırğızıstanda güclü zəlzələ baş verdi
13:45 12.08.2026
Hadisə
Putindən sərt xəbərdarlıq: Etməyə məcburuq
13:30 12.08.2026
Dünya
Ötən ay 1 200-dən çox kommersiya qurumu qeydiyyatdan keçib
13:29 12.08.2026
İnfrastruktur
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
13:27 12.08.2026
Ölkə
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib
13:18 12.08.2026
Gündəm
“Toyota”nın keçmiş prezidenti Hiroşi Okuda vəfat edib
12:55 12.08.2026
Dünya
ABŞ Atlantikdə ələ keçirdiyi Venesuela tankerini satıb
11:57 12.08.2026
Dünya
Zaxarova: Rusların öldürülməsinə çağırışlar yolverilməzdir
11:44 12.08.2026
Gündəm