DİQQƏT: Uşaqlarınızı çöpçüyə aparmayın ! - Professor belə deyir




"Uşaqları çöpçüyə aparmaq həm sanitar-epidomoloji, həm də tibbi-gigiyenik baxımdan tamamilə yanlış proseduradır”.

Bunu Sherg.az-a körpələrin çöpçüyə aparılmasına münasibət bildirərkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. 

O bildirib ki, bəzən insanların mistik inancını nəzərə alaraq bunun ətrafında mifik mənzərə də yaradırlar:

"Çöpçülüklə məşğul olan şəxslər bundab sui-istifadə edirlər.

Məsələ ondan ibarətdir ki, boğazı basmaq, çöp çıxartmaq və s. işlər təbabətdə yol verilməzdir. Əgər həqiqətən uşağın burnunda yad cisim qalıbsa, bunun üçün burun-boğaz-qulaq həkimlərinə müraciət etmək lazımdır.

Hazırda ən müasir avadanlıqlar var. Kamera ilə bütün nəfəs yollarını izləmək mümkündür. Onları görmək, aşkar edib, kənarlaşdırmaq olar. Bunun üçün hər hansı falçının barmağında olan bütün infeksiyaları boğaz kimi həssas hissəyə sürtməsi qətiyyən düzgün deyil. Çöpçülük təbabətin qəbul etmədiyi, tamamilə anti-gigiyenik proseduradır”.

Aysel Aslan