Diqqətli olun, isti hava infarkt riskini artırır
19:05 20.07.2018
Arxiv
694
Araşdırmaya görə, 25 dərəcədən sonra hər 5 dərəcə artımda infarkt riski 5 dəfə artır
Həddən artıq isti infarkt riskini artırır.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, isti havalar təzyiq probleminə, ürək atışında ritm pozulmasına və digər problemlərə səbəb olur. Mütəxəssislərə görə, hər 5 dərəcə isti riski 5 dəfə artırır.
ABŞ-da Miçiqan ştatında 45 xəstəxanada 30 min xəstə üzərində aparılan araşdırmalara görə, isti hava ən çox ürəyi yorur. Araşdırmaya görə, 25 dərəcədən sonra hər 5 dərəcə artımda infarkt riski 5 dəfə artır.
Mütəxəssislər bildirir ki, kofeinli və ya alkoqollu içkilər bədəndə su itirilməsini artırır. Mineral suların tərkibində olan duz da bədəndə həddən artıq su saxlanmasına yol açaraq təzyiqin yüksəlməsinə səbəb olur.
Mütəxəssislər bildirir ki, baş ağrısı, baş gicəllənməsi, ürəkdə döyüntünün artması, nəfəs darlığı, nəfəs çatışmazlığı, sinədə ağırlıq hissi, soyuq tərləmə, nəmli dəri, həddən artıq halsızlaşma, bulantı-qusma, tünd rəngli sidik, hərarətin artması, şüur bulanıqlığı və s. qan-damar xəstəliklərinin xəbərçisi ola bilər.
Buna görə diqqətli olmaq lazımdır. Xüsusilə də 13.00-16.00 radələrində sərin yerlərdə olmaq lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya