Məktəbdə baş verən biabırçılığın bu qədər böyüməsi arzuolunan deyil
Şəmkir kənd məktəbində direktorla keçmiş laborant arasında insident baş verib. Səs-küylü qalmaqala səbəb Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli tam orta məktəbinin direktoru Akif Namazovun vaxtilə məktəbdə laborant işləmiş Xatirə Əliyevanı işdən çıxarması və onu əxlaqsızlıqda ittiham etməsi olub.
Direktor açıqlamasında həmin xanımı yüngül əxlaqlı adlandırıb: "O, məktəbin kompüterinə seks videosu yükləmişdi. Mən ömrümdə belə şeylər görməmişdim. O qadın çox şeyi gizlədir. O, mənim üçün ən yaxın adam olub, xətrini çox istəmişəm. Xatirənin kompüterdə seks videosunu və Təhsil şöbəsindəki oğlanlarla yazışmasını tutdum. Ona görə də işdən çıxartdım. O, mənə 500 manat təklif etdi ki, işi ört-basdır edim. Mən qəbul etmədim ki, məktəbin adına ayıbdır. Sonra məktəbin gözətçisinin əli ilə gecə vaxtı mənim otağımın qapısını açdırıb, o kompüterdəki bütün məlumatlarını silib. Mən də "102”yə məlumat verdim. Bizim işimiz polisdədir. O, etiraf edib ki, mənə 500 manat təklif edib, qəbul etməmişəm. Dedim lap 5 min də versən, xeyri yoxdur, ərizə yaz, işdən çıx. Əgər o seks videosu Təhsil şöbəsi tərəfindən məktəbin kompüterində aşkarlansaydı, mənim ən yüngül cəzam ərizə yazıb işdən çıxmaq olardı. O, bu yolla məni sıxışdırmağa, ilişdirməyə çalışırdı. Bu xanım belə şeylərin həvəskarıdır.
Onu saxlayanın papağını ağzına basasan. Əri mənə "Akif müəllim, gedək bizdə seksə baxaq” deyir. Bu kişidən ağlınız nə kəsir? O öz telefonunda mənə Aygün Kazımovayla qızının seks videosunu göstərib”.
Məktəbdə bir vaxtlar laborant işləmiş X.Əliyeva da direktorun iddialarına cavab verib:
"A.Namazovun dediyi noutbukda onun məktəblə bağlı saxta sənədləri olub. Həmin noutbukda nə seks videoları olub, nə də sonradan ora yerləşdirilib. Onun dedikləri hamısı yalandır və onun bu fikirlərinə münasibət bildirmək belə istəmirəm. Akif Namazov təhsil şöbəsində düşmən olduğu Cəlal müəllimin işini gördüyümə görə mənə acıqlanıb. "Mənim onunla düşmən olduğumu bilə-bilə nə üçün onun tapşırdığı işi görürsən”, - deyərək noutbuku əlimdən aldı. İki ay olar ki, həmin noutbuka əlimi vurmuram. O, özü seks videolarına baxmağı xoşlayırdı, dəfələrlə yoldaşımdan da
xahiş edib ki, belə videolar tapsın onun üçün. Bu, onların öz aralarındadır, istəməzdim ki, ağsaqqal adam haqqında belə fikirlər dilə gətirim. Özü məndən tələb etdi ki, ərizə yazıb işdən çıxım. Mən də çıxmadığıma görə bu yollara əl atdı”.
Məsələyə münasibət bildirən təhsil üzrə ekspert Nadir İsrafilovun sözlərinə görə, hər şeydən əvvəl insan faktorunu əsas götürmək lazımdır:
"Təəssüflər olsun ki, cəmiyyətimizdə adətən belə hadisələrlə qarşılaşırıq. Əhalinin digər kateqoriyasından fərqli olaraq bu proseslərin məktəbdə direktor, yaxud da laborant tərəfindən baş verməsi diqqət mərkəzində olur. Nəticədə bu məsələ daha da qabardılır və kəskin reaksiyalara səbəb olur. Məktəb təlim-tərbiyə ocağıdı və bizim gələcəyimizdi. Bu hadisələrin səbəbi tam aydınlaşdırılandan sonra bəzi faktlar öz əksini tapacaq. Lakin Təhsil Nazirliyinin mövqeyi məni narahat edir. Ümumiyyətlə, nazirlik bu cür faktlara bir az gec reaksiya verir. Hesab edirəm ki, bu məsələ təhsil sahəsində olan məsələdir və şübhəsiz ki, buna ilk reaksiya Təhsil Nazirliyindən gəlməlidir. Belə olan təqdirdə məsələ mediada müxtəlif şəxslər tərəfindən şişirdilir və bir neçə gün keçəndən sonra Təhsil Nazirliyi məsələyə aydınlıq gətirir. Bildiyim qədər Nazirlik məsələnin araşdırıldığını qeyd edib. Əlbəttə, belə hadisələr arzuolunmazdır. Amma bunu qabartmaq və təhsillə əlaqələndirmək də xoşagələn deyil. Direktor da, laborant da cəmiyyətin üzvləridi. İnsan amilidi və bioloji faktorlardı. Ola bilsin, məsələnin mahiyyəti tamamilə başqa şeydi. İstənilən halda belə hadisələrin yaşanması xoşagələn deyil”.
Yeganə Bayramova