Direktorun davranışı doğru deyil
12:00 30.08.2017
Arxiv
565
"Müəllimlər açıq şəkildə rüşvətə qarşı etirazını bildirməkdən çəkinməməlidir"
"Məktəb direktoru haqqında irəli sürülən ittihamlar araşdırılmalı və dəqiqləşdirilməlidir”.
Bunu "Sherg.az”a Sabunçu rayon 187 saylı tam orta məktəbin direktoruna qarşı irəli sürülən ittihamlarla bağlı danışarkən "Azad Müəllimlər” ictimai birliyinin sədri Məlahət Mürşüdlü deyib. O bildirib ki, anonim bir məktub həmin məktəbdə özbaşınalıq olmasını deməyə əsas vermir:
"Bunu sübut etmək üçün gərək araşdırma aparıla, direktorun rüşvət yığması təsdiqlənə.
Məktəb müdirlərinin, rəhbər işçilərin münasibətinə gəldikdə isə jurnalistin informasiya əldə etmək haqqında hüquq və vəzifələri var. Bu halda jurnalistin hüququ pozulub. Məktəb direktoru özünə qarşı irəli sürülən ittihamları cavablandırmalı, haqlıdırsa arqumentlərini irəli sürməli idi. Direktor məlumat almaq istəyən jurnalisti məktəbə dəvət edə bilərdi və özünün iştirakı olmadan onun valideynlərlə görüşməsinə şərait yaradardı.
Bütün bunları nəzərə alaraq, təlim-tərbiyə cameəsinə rəhbərlik edən bir şəxsin bu cür davranmağını doğru hesab etmirəm. Bu məsələdə ən azından qanun pozuntusu nəzərə alınmalı və buna yol verən direktor cəzalandırılmalıdır”.
Müəllimlərin və şikayətçilərin bu cür narazılıqlarını məcburən anonim şəkildə bildirməli olduğunu deyən M. Mürşüdlü bildirib ki, "od olmayan yerdən tüstü çıxmaz”:
"Özündə güc tapan, davranışı, savadı, təlim metodları yerində olan müəllimlər açıq şəkildə rüşvətə qarşı etirazını bildirməkdən çəkinməməlidir, çəkinmir də. Müəllim və valideyn öz yerindədirsə, rüşvəti verməkdən imtina edəcək. Anonim formada şikayət edən müəllim özü indiyə qədər heç bir qanun pozuntusuna yol verməyibsə, cəsarətli olub, açıq şəkildə fikrini deməlidir. Bunu edə bilmirsə, ən azından bu qanun pozuntularda iştirak etməsin və valideynlər, şagirdlər arasında kampaniyanı aparsın. Beləliklə, həmin müəllimə baxıb, digərləri də örnək götürəcək, rüşvət verməkdən imtina edəcək”.
Qeyd edək ki, Bakı şəhəri Sabunçu rayon 187 saylı tam orta məktəbinin müəllimlərindən biri təhsil naziri Mikayıl Cabbarova məktub yazaraq, məktəb direktorundan şikayət edib və onun özbaşınalıqlarına qarşı tədbir görülməsini xahiş edib.
Həmin məktubla bağlı direktorun mövqeyini öyrənmək istəyən axar.az saytının əməkdaşı isə əlaqə saxladıqda məktəb direktoru Məmmədova Nailənin təhqir və təhdidləri ilə üzləşib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual
Rusiya “McDonald’s”ı da vurdu
18:00 25.09.2026
Dünya