"Dizel yanacağının bahalaşacağı ilə bağlı fikirlər dolaşır" - Bahalaşacaqmı ?
15:40 19.09.2017
Arxiv
873
Natiq Cəfərli: "İlin sonuna qədər isə dizel yanacağı ilə bağlı qərar verilə bilər. Təxminən 15-20 faiz bahalaşma ola bilər”
"Azərbaycanda 92 markalı - qiyməti dövlət tərəfindən tənzimlənən benzinin qiymətində yenicə artım olub”.
Bunu "Sherg.az”a qonşu Rusiyada benzinin qiymətinin artmasının Azərbaycana təsirlərindən danışarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, yaxın zamanlarda yenidən bahalaşma olacağı gözlənilmir:
"Lakin dizel yanacağının bahalaşacağı ilə bağlı fikirlər dolaşır. Dizel yanacağının qiyməti 92 markalı benzinin qiymətindən xeyli ucuzdur. Ola bilər, aqrar mövsüm bitdikdən sonra, dekabr ayında dizellə bağlı qərar verilsin.
Rusiyada sadəcə aksiz vergisini qaldırıblar. Ona görə, benzinin qiymətinin qalxması gündəmə gəldi. Həm də bu dövlətdə qiymətlər bazar qaydalarına uyğun müəyyənləşir. Rusiyanın bölgələrində qiymət fərqi var. Moskva, Sankt-Peterburq kimi şəhərlərdə benzin daha bahadır, ucqarlarda isə ucuzdur. Həm alıcılıq qabiliyyəti, həm logistika, həm də vergilər nəzərə alınır.
Azərbaycanda isə 92 markalı benzin sırf dövlət nəzarətində, tənzimlənən qiymətlərdədir. Ona görə, belə artım yaxın zamanlarda gözlənilmir.
İlin sonuna qədər isə dizel yanacağı ilə bağlı qərar verilə bilər. Təxminən 15-20 faiz bahalaşma ola bilər”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanından sonra Rusiya hökuməti də yanacaq aksizlərini əlavə olaraq artırmaq qərarı alıb. Artımın iki mərhələdə həyata keçiriləcəyi və hər dəfə yanacağın litr qiymətinin 0,5 rubl (8,6 sent) artacağı nəzərdə tutulub. Artımın dövlət büdcəsinə 60 mlrd. rubl və ya 1,03 mlrd. ABŞ dolları əlavə gəlir gətirəcəyi gözlənilir.
Xatırladaq ki, hazırda Rusiyada 92 oktanlı benzinin litrinin qiyməti təxminən 37 rubl (0,64 sent) təşkil edir. Bu da o deməkdir ki, artım təxminən 1,3%-ə bərabər olacaq.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol