Doğrudanmı bizə kolbasa, sosis adı ilə Çin və Rusiyanın “poroşok”unu yedizdirirlər ? - Ekspert təsdiqlədi

Eyyub Hüseynov: "Xaricdən gətirilən kolbasa və sosislərin tərkibində insan orqaniziminə ziyan verən qatqılar çoxdur""Çünki onlar isti və soyuğa davamlı olsun deyə, tez xarab olmaması üçün bu kimi məhsulların tərkibini kifayət qədər kimyalaşdırırlar"
"Azərbaycanda satılan kolbasa və sosislərlə bağlı əhaliyə çağırışım odur ki, yerli məhsullara üstünlük versələr, daha yaxşı olar".
Bunu "Sherg.az"a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov " Bizə kolbasa və sosis adına Çin və Rusiya istehsalı olan "poroşok” yedizdirirlər" iddialarına münasibət bildirərkən deyib.
AİB sədrinin sözlərinə görə, ölkədə istehsal olunan kolbasa və sosislərin tərkibinə külli miqdarda, insan sağlamlığını təhlükəyə atacaq səviyyədə kimyəvi maddələr qatılmır:
"Çünki bu, onlara xeyir gətirmir. Xarici ölkələrdən idxal olunan kolbasa və sosislər etiketlərinə görə cəlbedicidir. Həmçinin Sovet dönəmindən insanlarda bir yanaşma qalıb ki, Rusiya kolbasaları dadlı və keyfiyətlidir. Lakin bu, belə deyil. Xaricdən gətirilən kolbasa və sosislərin tərkibində insan orqaniziminə ziyan verən qatqılar çoxdur. Çünki onlar isti və soyuğa davamlı olsun deyə, tez xarab olmaması üçün bu kimi məhsulların tərkibini kifayət qədər kimyalaşdırırlar. Bəzən yay vaxtları metro çıxışlarında etiketi olmayan kolbasalar satılır. 
Həmin məhsulların tərkibində heyvanların başı, dərisi, ayaqları və digər tullantıları xammal kimi istifadə olunub. Lakin Azərbaycanın yerli istehsalı olan kolbasa və sosislərin 60 faizi tam standartlara uyğun sağlam ətdən hazırlanır. Lakin bu məhsulların qiymətləri insanlarda şübhə doğurur. Amma qiymətlərin ucuz olması həmin kolbasa və sosislərin tərkibindəki ətin Hindistandan gətirilməsindən qaynaqlanır. Çünki hindistanlılar inək əti yemədiyi üçün onlarda ət məhsulları çox ucuzdur.
 "1000 bərəkət halal nemət”, "Sevimli dad”, "Ruskiy vkus”, "Payım” kolbasa və sosisləri ictimai nəzarətdə olan, təmiz, halal və qapıları istehlakçılara hər zaman açıq olan şirkətlərdir. Lakin ölkədə istehsal olunan kolbasaların 40 faiz qanunsuz, qeyri-müəyyən xamalla hazırlanır. Xaricdən gətirilən, hətta Belarus, Ukrayna mağazalarında satılan kolbasa və sosislər keyfiyyətli deyil”.
Kənan Eynuroğlu