Dollar bu gün də kəskin ucuzlaşıb




Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Lent.az-ın Banka istinadən xəbərinə görə, Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərracın və həmin vaxtadək banklararası bazarda aparılan əməliyyatların nəticəsində manatın orta çəkili məzənnəsi 1,8251 səviyyəsində formalaşıb.

Qeyd edək ki, dolların bugünə olan məzənnəsi 1,8769 manat idi.