"“DOST” sosial sferada ASAN Xidmət modeli kimi qiymətləndirilir"
13:57 10.08.2018
Arxiv
1602
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təşkili, "DOST” mərkəzlərinin yaradılması bu sahədə şəffaflığın artırılması, vətəndaşlara daha səmərəli və əlçatan xidmətlərin tətbiq edilməsi məqsədi daşıyır”.
Bunu "Sherg.az”a Prezident İlham Əliyevin imzaladığı əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında sərəncama münasibət bildirərkən iqtisadçı -ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, "DOST”un yaradılması sosial sferada ASAN Xidmət modeli kimi qiymətləndirilir:
"Bu sənəd çox vacib idi. Sosial xidmətlərin keyfiyyətinin artırılması, bu sferadakı çatışmazlıqların aradan qaldırılmasında "DOST” mərkəzləri əhəmiyyətli rol oynayacaq. Daha çox pensiyaların təyinatında yol verilən nöqsanlar, ünvanlı sosial yardımın verilməsində mövcud olan qanunsuzluqlar diqqət çəkirdi. Bu sferada şəffaflığın yaradılması üçün böyük mexanizm, model hazırlanmasına ehtiyac var idi. Ona görə, "DOST” praktik olaraq, bu mödelin yaradılmasıdır.
Nəticə etibarı ilə "DOST2 mərkəzləri sosial sferada şəffaflığın təmin edilməsinə imkan verəcək. Vətəndaş və məmur arasındakı ünsiyyətin minimumlaşdırılması sayəsində daha əlverişli mühit yaradılacaq. "DOST” mərkəzlərinin fəaliyyətə başlaması əvvəlki illərdə mövcud olan sosial problemlərin aradan qaldırılmasına, vətəndaşların bu xidmətlərə əlçatanlığının şəffaf şəkildə təmin edilməsinə imkan yaradacaq”.
Qeyd edək ki, sərəncamla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təşkili, "DOST” mərkəzlərinin yaradılması və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 milyon manat ayrılıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya