Dövlət lazım olan bütün addımları atır
07:52 20.11.2018
Arxiv
654
Milli bayramımız heç bir siyasi qüvvə tərəfindən inhisara alına, ən əsası isə radikal və dağıdıcı formada həyata keçirilə bilməz
Məlumdur ki, ötən gün "Milli Şura” adlanan qurum və AXCP-nin Milli Dirçəliş Günü ilə bağlı keçirmək istədiyi qanunsuz aksiya baş tutmayıb. Çünki bu tipli aksiyaların keçirilməsi ilə bağlı cəmiyyətin sosial sifarişi yoxdur. Azərbaycan cəmiyyəti kifayət qədər yetkindir və milli maraqlarla izah edilə bilməyən və inkişaf üçün perspektivlər vəd etməyən heç bir sosial-siyasi aksiyanı dəstəkləmir. Əslində hamıya məlumdur ki, aksiyanın keçirilməsində məqsəd Milli Dirçəliş Günü deyil, radikal müxalifətin özünü xatırlatma və gündəmdə qalma cəhdidir.
Belə aksiya müəyyən məqsədlərə xidmət etdiyi və sabitliyi pozma cəhdləri kimi qiymətləndirildiyi üçün əsla dəstək görmür. Marginal radikal qrupların məqsədi qanunsuz aksiya vasitəsilə polislə süni qarşıdurma yaratmaq, hakimiyyətə qarşı yeni ittiham hədəfləri əldə etmək niyyəti idi. Ancaq hüquq-mühafizə orqanları təxribatçıların qarşısını ən sivil şəkildə aldı. Ən əsası isə polislərimiz radikal ünsürlərin Şəhidlər Xiyabanı kimi müqəddəs ziyarətgahımızı siyasi spekulyasiya meydanına çevirməsinə imkan vermədi. Ümumiyyətlə, Azərbaycan müxalifəti hər zaman dağıdıcılıq mövqeyində dayanıb. Sabitliyi pozmağa, ara qarışdırmağa çalışıblar. Təbii ki, onların bədnam niyyəti heç zaman baş tutmayacaq. Çünki Azərbaycan xalqı daim dövlətinin və Prezidentinin yanındadır.
Təxribatçı qrupların qanunsuz cəhdləri ilə bağlı "Şərq”ə danışan "Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, hüquq-mühafizə orqanlarının radikal qrupların təxribatının qarşısını almaq üçün atdığı addımlar qanuni və sivil dövlətçilik təcrübəsinə uyğundur. Baş redaktor bildirib ki, bu addımları kimlərinsə müəyyən təzyiq, təsir və "polis zorakılığı” kimi təqdim etməyə çalışmasının heç bir perspektivi yoxdur:
"Bu cür radikal olaylar üzərindən Azərbaycanda müəyyən qrupların təsir altında olması barədə görüntü yaratmaq cəhdləri səmərəsizdir. Ölkəmizdə hərtərəfli, dərin dövlət quruculuğu gedir. Bu prosesin içərisində iqtisadiyyat, sosial sfera, mədəniyyət, incəsənət və bütün sahələr əhatə olunur. Eyni zamanda tariximiz üçün əziz olan mühüm hadisələrin və günlərin rəmzləşdirilməsi lazımi qaydada rəsmi surətdə aparılır. O cümlədən Azərbaycanın Müstəqillik, Ordu Quruculuğu, Milli Dirçəliş Günü, müxtəlif dövlət orqanlarının, peşə sahiblərinin bayramları lazımi səviyyədə simvollaşdırılır. Dövlətin hərtərəfli dəstəyi nümayiş edilir”.
A.Quliyev bəyan edib ki, Milli Dirçəliş Günü bütün azərbaycanlılar üçün əziz və doğmadır:
"Dövlət orqanları Milli Dirçəliş tariximizin əbədiləşdirilməsi üçün lazım olan addımları atır. Belə bir günün qeyd olunması heç bir siyasi qüvvə tərəfindən inhisara alına, ən əsası isə radikal və dağıdıcı formada həyata keçirilə bilməz. Dövlət orqanları Milli Dirçəliş Gününü sivil və rəsmi qaydada, cəmiyyətin mütləq əksəriyyətinin iştirakı ilə həyata keçirir. Müəyyən siyasi qrupların `
bunu cəmiyyətin qəbul etmədiyi, xoflandığı, narahat olduğu radikal üsullarla icra etməsinin heç bir mənası və əhəmiyyəti yoxdur. Milli Dirçəliş Gününün radikal formada qeyd edilməsi dəyərə çevrilmiş o günün əhəmiyyətini azaldır. Həmin qüvvələr bunu nəzərə almalıdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə
Tramp əmr versə, İrana 96 saat sonra zərbə endiriləcək
17:13 26.10.2026
Gündəm
Tramp: Somali dünyanın ən pis ölkəsidir
17:10 26.10.2026
Gündəm
Rusiya minlərlə afrikalını müharibəyə göndərir
16:31 26.10.2026
Gündəm
İranla sərhədin açılmasını tələb edən İraq rəsmi həbs edildi
16:07 26.10.2026
Dünya
Paşinyan Ermənistanda yeni müxalifətin formalaşmasına çağırış edib
16:05 26.10.2026
Gündəm
Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
15:59 26.10.2026
Gündəm
"Şərq" heç vaxt öz ruhuna xəyanət etməyib - Kəmalə Quliyeva
15:47 26.10.2026
Media
13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı
15:24 26.10.2026
Aktual