Dövlət Neft Şirkətinə iki vitse-prezident təyin edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Zaur Aydın oğlu Qurbanovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilməsi haqqında sərəncam imzalayıb. 
Bununla bağlı Prezident.az məlumat yayıb. 
Dövlət başçısının digər sərəncamı ilə, Kənan Təhməz oğlu Nəcəfov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.