Döyüş aviasiyası düşməni qorxuya salıb
19:15 18.09.2017
Arxiv
597
Türkiyə-Azərbaycan arasında hərbi təlim müttəfiqliyin bariz nümunəsidir
Prezident İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 18-dən müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb. Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə 15 min nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.
Təlimlərin açılış mərasimində müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak ediblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərində əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib. Daha sonra ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri çıxışında təlimlərin hərbi gücümüzün daha bir nümunəsi olduğunu vurğulayaraq bu təlimlərin hər iki ölkənin silahlı qüvvələrinin təcrübə mübadiləsində çox vacib rol oynadığını bildirib.
Təlimlərin Azərbaycanda keçirilməsinin vacibliyini vurğulayan səfir E.Özoral qürur hissi keçirdiyini bildirərək son illərdə bunun artıq ənənə halını almasını xüsusi qeyd edib. Səfir təlimlərin başlanması və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsi ilə əlaqədar iştirakçılara uğurlar arzulayıb. Sonra təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə məlumat verilib.
Müdafiə naziri, uçuş və texniki heyətlə görüşərək döyüş aviasiyasına baxış keçirib, onların taktiki-texniki xüsusiyyətləri və tətbiqi imkanları ilə maraqlanıb.
Təlimlərin açılış mərasimi Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının geniş konsert proqramı ilə sona çatıb. Qardaş ölkə ilə reallaşdırılan birgə təlimlər düşmən Ermənistanı əməlli-başlı qorxudub. Müxtəlif erməni KİV-ləri, hətta Rusiya KİV-lərinin Ermənistandakı filialları ciddi təlaşla təlimləri şərh ediblər. Erməni politoloq Yervand Bozoyan "Sputnik Armeniya”ya müsahibəsində təlimləri Ermənistana təzyiq vasitəsi kimi dəyərləndirib. Bozoyan təlimlərdə 30-dan çox hərbi təyyarənin iştirakını xüsusi vurğulayıb. Onun fikrincə, təlimlər Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda Ermənistana təzyiq göstərilməsi üçün keçirilir. "Sputnik Armeniya” həm də Türkiyənin münaqişəyə müdaxiləsinin hansı miqyasda olacağına diqqət yetirib.
Politoloq Məhəmməd Əsədullazadə də bildirib ki, birgə hərbi təlimlər iki ölkə arasında hərbi müttəfiqliyin bariz nümunəsidir:
"Bu, o deməkdir ki, Azərbaycan-Türkiyə hərbi alyansı formalaşır. Ölkəmizə qarşı hər hansı bir hərbi hərəkətlilik təhlükəsində Türkiyə Azərbaycanla birgə hərəkətə keçəcək. Mütəmadi olaraq keçirilən təlimlər Ermənistan və digər qonşu ölkələrə mesaj xarakteri daşıyır. Çünki regionda geosiyasi situasiya hər an dəyişə bilər. Hazırda Silahlı Qüvvələr genişmiqyaslı yenidən hərbi təlimlərə start verib. Qeyd edim ki, bir neçə gün bundan əvvəl Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Ağdam ərazisində hərbi təlimlər keçirməsi, birbaşa gözlənilən danışıqlar prosesini sabotaj etməyə hesablanıb. Müdafiə Nazirliyinin genişmiqyaslı hərbi təlimləri işğalçı ölkənin keçirdiyi təlimlərə adekvat cavab olaraq növbəti aylar üçün Ermənistana danışıqlar prosesində tutacağı mövqeyə bir mesajdır.
Hazırda Ermənistanda siyasi vəziyyət stabil deyil, cəbhədə baş verən hərbi əməliyyatlar Ermənistan ordusunun uğursuzluğu ilə nəticələnməklə, Sarkisyan rejiminin laxlamasına və ölkədə siyasi qarşıdurmaya yol aça bilər.
Ermənistanda bundan sonra siyasi vəziyyətin stabil və qeyri-stabilliyi, Qarabağ cəbhəsində baş verən hadisələrlə bağlı olacaq. Azərbaycanın hərbi-siyasi taktikası bundan sonra bu istiqamətdə də fəaliyyəti genişləndirməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya