Dünya çempionatı ləğv olundu: Azərbaycan yeni turnirdə iştirak edəcək
09:11 11.11.2020
Arxiv
342
Ümumdünya Güləş Birliyi (UWW) 12-20 dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməli olan dünya çempionatını keçirməyəcək.
Buna qurumun İcraiyyə Komitəsinin növbəti iclası zamanı qərar verilib.
UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin də iştirak etdiyi iclasın yekununda mundialın təşkilinin mümkünsüz olduğu qənaətinə gəlinib. Buna səbəb dünya çempionatı üçün tələb olunan 70 faiz iştirakçı limitinin dolmamasıdır. Koronavirus pandemiyası ilə əlaqədar olaraq, bəzi ölkələr dünya çempionatında iştirak etməyəcəyini bildirib (həmçinin UWW-nin Konqresi və seçkiləri 2021-ci ilə keçirilib).
Bu üzdən qərara alınıb ki, həmin tarixdə yarışda iştirak etmək üçün müraciət edən ölkələrin komandalarının iştirakı ilə fərdi Dünya Kuboku keçirilsin. Belə ki, güləşin hər üç növü üzrə 10 çəkidə qaliblər kubokla təltif olunacaq. Ümumi mükafat fondu 300 min İsveçrə frankı təşkil edəcək.
Qeyd edək ki, bu, güləş tarixində ilk belə yarış olacaq. Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, millimiz hər üç növdə ilk belə turnirdə iştirak edəcək.
Xatırladaq ki, Azərbaycan güləşçiləri pandemiya ilə əlaqədar olaraq martdan bəri (7-8 noyabrda Rusiyanın paytaxtı Moskvada keçirilmiş Qran-Pridə yalnız millimizin dağıstanlı üzvləri iştirak edib - S.M.) rəsmi yarışlarda iştirak edə bilməyiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz