Dünya İrs Komitəsinə yeni məkanlarımız təqdim olunacaq - Nazir
08:49 10.07.2019
Arxiv
329
"Şəki şəhərini bu gündən etibarən göz bəbəyi kimi qorumalıyıq. Şəhərin memarlığını, adət-ənənələrini qoruyub saxlamalıyıq. Şəki şəhəri tək şəkililərə məxsus deyil, bu, bəşəriyyətin bir incisidir. Şəkinin UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilməsi Azərbaycan üçün qürurverici bir haldır".
APA -nın xəbərinə görə, bunu UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-sessiyasının yekunlarına həsr olunan mətbuat konfransında mədəniyyət naziri Əbülfəs Qarayev bildirib.
Onun sözlərinə görə, bu, fövqəladə hal kimi Azərbaycan xalqının tarixində qalacaq.
Nazirin sözlərinə görə, artıq 1121 məkan UNESCO-nun Dünya Mədəni İrs siyahısında yer alır: "Azərbaycanın 3 məkanı bu siyahıdadır. Azərbaycanın 13 məkanı isə UNESCO-nun qeyri-mədəni irs siyahısındadır. Biz bu işi davam etdirəcəyik".
Əbülfəs Qarayev həmçinin bildirib ki, Dünya İrs Komitəsinin 43-cü sessiyasında yeni tövsiyələr də verilib: "Artıq Dünya İrs Komitəsinə birbaşa nominasiya verilə bilməyəcək. Bunlar ilk öncə komissiyaya təqdim olunacaq və komissiya kriteriyaları müəyyən edəcək. Bu təklif noyabr ayında Baş Assambleyada təsdiq olunacaq. Son 10 gün ərzində UNESCO-nun mütəxəssisləri Naxçıvan və Lənkərana səfər etdilər və bir neçə məkanla tanış oldular. Gələcəkdə həmin ərazilər iddiaçılar kimi Dünya İrs Komitəsinə təqdim olunacaq".
Ə.Qarayev əlavə edib ki, Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak üçün 2300-dən çox nümayəndə Azərbaycana gəlib.
"Bu tədbirə ev sahibliyi etmək Azərbaycan üçün qürurverici bir haldır", - deyə nazir vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə