Dünya o hadisədən danışır

İstəyini geri çevirən qadına əvvəl təcavüz etdi, sonra da daşla öldürdü
Dünya Taylanda istirahətə gedən qadının ölümündən danışır. İddiaya görə, Ronnakorn Romruen adlı 24 yaşlı oğlan  motosikletiylə Taylanddakı Koh Si Chang adasına gedib.
Bazar axşamı o, burada istirahət edən 26 yaşlı Miriam Beelteni dayandıraraq onunla cinsi əlaqəyə girmək istədiyini söyləyib. Sonra da təklifini qəbul etməyən qadına təcavüz edərək, onu daşla döyərək öldürüb.
Romruenin əvvəlcədən qurbanını izlədiyi bildirilir. Təqib anları ərazidəki təhlükəsizlik kameralarına düşüb. Təcavüzkar cinayəti necə işlədiyini hadisə yerində polisə göstərib. Cinayətdən əvvəl narkotik maddə istifadə etdiyini etiraf edib. Qeyd edək ki, Miriam Almaniyadan Taylanda tətil üçün gəlibmiş.