Dünyaca məşhur müğənni müsəlman oldu!

Məşhur İrlandiyalı qadın müğənni Sinead O'Connor müsəlman olduğunu açıqladı. 
O'Connor  twitterdə paylaşdığı mesajlarda pərəstişkarlarına katolik xristianlığı tərk edərək İslamı seçdiyini bildirdi. O'Connor, "Müsəlman olduğum üçün qürur duyuram. Bu, hər ağıllı ilahiyyatçının təbii olaraq çatacağı bir nəticədir. Bütün müqəddəs kitabələr bizi İslama aparır. İslam bütün digər müqəddəs kitabları gərəksiz edir." ifadələrinə yer verib. 51 yaşlı müğənni müsəlman olduqdan sonra yeni bir ad alacağını və bundan belə "Şüheda Davitt" adını istifadə edəcəyini ifadə edib. 
 Şüheda Davitt, Bəqərə Surəsində keçən Həzrəti Musanın "Belə cahillərdən biri olmaqdan Allaha sığınaram" sözlərini paylaşıb. Davitt, eyni zamanda azanı öz üslubunda səsləndirdiyi bir video da yayıb.
Sinead O'Connor 1990-cı illərdə katolikliyi seçərək Magda Davitt adını almışdı.