Dünyanın ən böyük vertolyotu...

Böyük bir sərnişin təyyarəsini rahatlıqla qaldıra bilir
Bu dünyanın ən böyük vertolyotudur. 2620 ton yük daşıya bilən Rusiya Mi şirkətinin "Mi-26” vertolyotundan həm sərnişin, həm də hərbçi daşımaq üçün istifadə edilir.
Vertolyotun böyüklüyü, yanındakı Bell 206 Reaktiv Ranger vertolyotu ilə açıqca görünür. Nəhəng vertolyot böyük bir sərnişin təyyarəsini belə rahatlıqla qaldıra bilir. Vertolyot yük hissəsinə 90 sərnişin və ya 60 tam təchizatlı hərbçi ala bilir. Təyyarənin kokpiti analoq göstəricilərdən əmələ gəlib. Saatda ən çox 290 kilometr sürət yığa bilən vertolyotun mənzil başı isə 1920 kilometrdir. Mi-26-ın uçuş qrupu 2 pilot, bir uçuş mühəndisi, bir seyrseferci, bir texnikdən ibarətdir.
Vertolyot 4 min 900 metr yüksəkliyə qalxa bilir. Vertolyotun ana rotor palleri ilə birlikdə uzunluğu tam 40 metrdir. Maksimum qalxmaq ağırlığı isə 56 min kiloqramdır. Gövdə içinə böyük bir xilasetmə qrupunu ala bilir.