Dünyanın zor işi: Gündə cəmi 15 manat qazanır

Banqladeşin paytaxtı Dakkanın qeyri-kafi kanalizasiya sistemi səbəbiylə tıxanan kanalları açmaq üçün lağım təmizləyiciləri və kimyəvi tullantıların içinə dalır.
Həddindən artıq yağmur düşən, 14 milyon əhalilsi olan Dakkada kanalizasiyaların tıxanması böyük bir problemdir.
Bu problemə qarşı lağım təmizləyicilərinə müraciət edilir. Ancaq bu kəslər heç bir qoruyucu tədbir almadan mikroblarla dolu lağım suyunun içinə girir.
İşlərini edərkən, nəfəslərini tutmaq məcburiyyətində qalan lağım təmizləyicilərindən hər il onlarlası peşələrindən dolayı tutulduqları müxtəlif xəstəliklərdən ölür. Lağım təmizləyiciləri gündə 4.50 sterlinq (15 manat) qazanır.