"Düşənbə görüşündən sonra, Davos görüşü də uğurlu siyasi gedişdir"







"Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyanın görüşündə mövcud danışıqları davam etdirmək və atəşkəsin qorunub saxlanılması əsas danışıqların predemeti olub”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, bir saatlıq görüşdə xarici işlər nazirlərinin Paris görüşündə həll formullarının detalları müzakirə olunub:

"Görüş planlanmış olsa da, qeyri-rəsmi görüş kimi keçirilib. Bəlkə də bu, taktiki gedişdir. Mümkündür ki, görüşdə münaqişə ətrafında ciddi fikir mübadiləsi olub. 

Hesab edirəm ki, bu təmasdan sonra nazirlərin görüşü bir neçə dəfə keçiriləcək və daha sonra liderlərin rəsmi görüşündə əldə olunan razılışmalar ictimaiyyətə açıqlanacaq. Davos görüşü üçüncü ölkənin iştirakı olmadan birbaşa tərəflərin təmasıdır. Düşənbə görüşündən sonra, Davos görüşü də uğurlu siyasi gedişdir. 

Xüsusən, Trampın Paşinyana məktubunda Qarabağla bağlı mesajından sonra belə bir görüşün keçirilməsi prosesdə Vaşinqtonun da pərdəarxası yer aldığını göstərir. Məhz Prezident İlham Əliyevin Davosda KTMT-yə Azərbaycanın üzvülük məsləsinin gündəmdə olamamasını qeyd etməsi Qərbə, xüsusən ABŞ-Azərbaycan münasibətlərinə mesajıdır. Ona görə də Vaşinqton proses fonunda Qarabağ konfliktinə ədalətli mövqe sərgiləyə bilər. Ağ Evin diplomatik kanallarla İrəvana Dağlı Qarabağla bağlı ciddi mesajlar verməsi bunu deməyə əsas verir”.

İsmayıl